12 Ekim 2011 Çarşamba

HƏYAT MƏNZƏRƏSİ


 “Yaş” irəlilədikcə öz işini görür deyirlər. Insan  istər-istəməz öz yaşadıqlarını və gördüklərini bir kisəyə yığır. Bunada təcrübə deyirlər.
Öz ixtisasımı tərifləyəcəm bir az. İnşaat elə bir sahədir ki, insanlarla iç-içə olursan, balacadan böyüyə kimi. Mədəni bir mühəndis ilk sahəyə gələndə ona hər şey qəribə gəlir. Jarqon sözlər, yerini  bilməyən  insanlar və kobud rəftarlar. Amma bir müddət sonra təbiiləşir. Səndə necə diyərlər “oturuşursan”. Lazımı yerdə kimlə necə danışmağı, rəftar etməyi öyrənirsən. Insanları taniyirsan, bir az söhbət etdikdən sonra kimin nə olduğunu bilirsən. Bəzi adamlar buna “biclik”  deyir, amma mən həyat təcrübəsi deyirəm.
Bizimlə bir nəfər işləyir. (Adını açıqlamaq xoş olmaz). Ilk olaraq deyə bilərəm ki, çox yaxşı insandı. Elə o da həyatda çox şey görüb yaşayıb. Baxmayaraq ki, yaşı azdı. Bəzilərinin sifətini yerə sürtüblər, onun  burnunu. O, insan haqqında niyə danışmaq istəyirəm bilmirəm amma, onun yaşadıqları və həyatla davranışı başqalarına dərs olar deyə yazıram. Bu insana baxanda deyərsən ki, hec dərdi yoxdu. Nə vaxt baxsan pozitiv, üzü gülür və heç nəyə əsəbləşmir. Sadə geyinir, hamı ilə yaxşı münasibəti var. Ən əsası odur ki, elə bil bu insanın küsmək duyğularını əlindən alıblar. Nə qədər sınamışamsa da incimir məndən, bəlkədə çox istəyir deyə bilmərəm. Yaşı elə də çox deyil amma çox bilir. Hər zaman gülən sifətinin altında nə qədər  hüzün və keçmişə dayanan kədər  var mən bilirəm. Bir dəfə söhbət vaxtı bir söz işlətdi. Biruzə vermədim amma çox toxundu mənə. Dedi ki: “Hərə bir cür bədbəxtdir”. Niyə dedi bilmirəm o sözü amma dedi. Bəlkədə məndə hansısa səhvi gördü, yada özündən sitat gətirdi bilmədim. Düz deyir  əslində.
Dostları və işlədiyi mühittə kimsə bilməsə də gözlərinə baxanda həyatda nə qədər çox eləmək istədiyi  bilinir. Hər zaman bir nöqtəyə getmək istəyir. Heç durmadan işləyir və hər hansısa bir şeyi əldə eləmək üçün, heç kimə pislik eləmir. Yəni “İnsan olmağı” öyrənib.
Yazdıqlarımdan inciyəcək bəlkə də. Amma yazmaq istədim və yazdım. Biriləri bir şeylər götürər ümidi ilə. 
Çox düzgün həyat tərzi var. Sadə və mütəvazi. Həmişə fikrləşir, çünki təkdir və hər şeyi ozü üçün özü eləməyə çalışır. Hər bir şeyin qiymətini bilir və əlində olan hər şeyə dəyər verir. Yəni “ALLAHI” tanıyır. Dürüstdür. Bəlkədə belə formalaşmasında həyatın ona yaşatdıqları böyük rol oynayır. Çünki görə biləcəyi və yaşaya biləcəyi hər hər şeyi yaşayıb. Verə biləcəyi ən böyük itkini verib. Mənəvi təklik, ümidsizlik, və yoxsulluq. Bunların heç biri utanılacaq şeylər deyil. Hər bir insan bunları yaşayır. Sadəcə kimisi dərs götürür, kimisi həmən  unudur. Amma o, yaşadığı hər şeyi öz kisəsinə yığıb. Bələ insanları gördükcə, başqa insanlara yaxşı baxmıram. Çünki yalandan həyatlarını o qədər dramatikləşdirən insan var ki. Çox yazardım amma, qəhrəmanımın kimliyini qorumaq  üçün bunu edə bilmirəm. Inşallah yolu açıq olar və Allahu-Taala hər şeyi ona istədiyi vaxda və şəkildə verər. Bir söz vardır: “Sən içini təmiz tut, hansı yolla gedirsən get  düz yola çıxarsan”. Onun  ürəyi təmizdir. Əminəm ki, o daha da böyüyəcək və həyatda gördüyü heç nəyi, heç kimi unutmayacaq.
Ən azından mən buna inanıram. Bu yazdıqlarım kənardan müşahidədir.
Sevgilərimlə....

Hiç yorum yok:

Yorum Gönder