17 Aralık 2011 Cumartesi

İSTƏMƏK VƏ BACARMAQ....


Dünyada analoqu olmayan layihə.
Ölkənin ən böyük Layihəsi. Heydər Əliyev Mərkəzi tikintisi.
Bir zamanlar bir şeylərin xəyalını qurardım. Mənə əl çatmaz kimi görünürdü. Hər zaman qeyri-adi olmağı sevişəm. Bir vaxtlar bir dostuma deyirdim ki, ( o da mühəndisdir) görəsən mən elə bir bina yada qurgu tikəcəm ki, illər boy barmaqla göstərilsin. Gülürdü,  mən elə diyəndə. Səni bu deyinlə kim götürər işə deyirdi. Bəlkədə vaxdı gələndə nə edecəyimi bilirdi. Çünki mənə inanırdı və nəsə edəcəyimi bilirdi.  Amma zaman gəldi.  Allah ürəyimdən keçəni verdi. Buraxın Azərbaycanı dünyada sayılıb-seçilən  bir layihədə yer tutdum. Indi dünya ondan danışır və mən ölkədə xətri sayılan bu layihədə isdədəyimi etdim.   İlklərə imza atmışam. Yəni isdədiyimi eləmişəm. Bir vaxtlar deyirdim ki, kaş məndə böyük bir inşaat şirkətində işləyərdim. Etdimdə. Hər bir imkanımın olmasını isdəyirdim. Başqa yoldaşlarıma baxıb qipdə edirdim. Axı məndə əziyyət çəkirdim. Əziyyətlə oxuyurdum.  Bir yerlərə tutunmaq üçün dayanmadan işləyirdim.  Onların vəziyyəti yaxı idi. Mən isə sürünürdüm. Amma səbr etdim  və bacardım.  Bəziləri istəməsədə bu bacarığı qəbul elədi. Hansı ki,  mənə təpədən baxırdılar. Amma bu qədər əziyyəti və bacarığı kiminsə lovğa ağzında çeynətmək fikirim yoxdu. Mən necə özümə, işimə, gördüyüm işlərə və verdiyim əməyə hörmət edirəmsə,  mənim ətafımda olan insanlarda bunu mənə qarşı etməyə məcburdular.
Biriləri bir yerlərədə  işləyir. Kənardan baxan qipdə eləyir. Bəvəxtəvərlik verir. Ama fikirləşmir ki, bu insan bu vəzifəni,  bu yeri nece tutub. Ora necə gedib. Hec bir şey asan olmur. Nəyisə isdəyəsən gərək. Bacarmaq ücün əmək verəsən.
 İnsan özünü gözə soxmayanada bir az geri çəkiləndə bir cox adamın yanaşması fərqli olur. Kimisi də balaca bir iş görəndə  elə böyüdür  ki, deyirsən damı- dam üsdə qoyub. Ama bacarmaq insanın genetikasında var. Sadəcə bunu  isdəmək lazımdı. Birdə Allaha dua eləmək və isdəmək. Amma bir şərtlə ki, nə isdədiyini biləcəksən.
Bəzən elə anlar olur ki, kimləsə danışanda səni təhqir edər kimi deyir ki, sən mühəndis deyilsən. Axı mənim  nə bildiyimi,  nə elədiyimi, nələri bacardığımı bilmir axı. Sahədə necə işlədiyimi görməyib. Uzaqdan baxıb qiymət verirlər. Hə. Onu diyən hansısa bir böyük işlərə adını yazan  biri olsa nəysə. Elə insan deyir ki,  baxirsan sadəcə inşaatdan başı çıxmadığı üçün onunla müzakirə etməyi özümə təhqir sayıram.  Amma hər sahədə olduğu kimi, inşaatda hələ də Sovet fikirli mühəndislər var.
Amma kim nə deyir desin. Önəmli olan mən işimi sevirəm. Iş təcrübəm çox olmasada (çünki inşaatda hər şeyi bilirəm demək yanlış olar)  bir çox şey gömüşəm və hər gördüyüm şeyi damcı-damcı öz kisəmə yığmışam. Bu yolla davam edərsəm də daha da  böyük xoşbəxtliklər yaşayacağımı bilirəm.
Bizim millətin xüsusiyyətidi. Kimisə baltalamaq. Ama ağlı olan adam hamıya qulaq asar,  amma öz bildiyini eləyər.
Necə deyərlər: AĞZI OLAN DANIŞIR...

7 Aralık 2011 Çarşamba

Bir Hayalət Gəmi Efsanəsi: Mary Celeste


4 Dekabr 1872-də Kapitan David Dead Morehouse əmrindəki Dei grata adlı İngilis gəmisi New York ilə Cəbəllütarix  boğazı arasında seyr edərkən, qəribə və özbaşına bir şəkildə hərəkət edən bir gəmi gördülər. Gəmiyə yanaştılar, səsləndilər kimsə cavab vermədi, Kapitan adamlarına qayıqlar endirib, nə olduğuna baxmalarını əmr etdi, adamlar gəmiyə çıxdılar, görünüşə görə gəmidə heç kim yox idi Kamaradaki altı pəncərə taxtalarla bağlanılmışdı, paltarlar quruydu və jiletler paslanmamıştı, müəyyən edildi ki,  gəmi su almamışdı, bir tikiş maşını yağı qutusu şaquli olaraq dayanırdı, bu da göstərir ki, gəmi dalğalarla sarsılmadı kafi yemək və su var idi, bir kamaradaki masada, 'sevimli həyat yoldaşım Fanny ...." deyə başlayan bir məktub kağızı dayanırdı ...
Saat pozulmuş, kompas qırılmışdı, xilasedici qayıqlar yox idi, Sekstant və saniyə ölçən itkin idi, yerdə bir qadın paltarı və bir uşaq oyuncağı var idi, sanki hər kəs çox tələsik gəmini tərk etmiş kimi idi, ayrıca əsrarəngiz qan ləkələri var idi, ən qəribəsi də Kapitanın yatağının altına qanlı bir qılınc gizlənmişdi, seyir dəftəri xaric bütün sənədlər, konşimento itkin idi, ən son 24 Noyabrda tutulan gəmi seyr dəftərində, paralel, boylamlarla, Kapitanın Benjamin Briggs olduğu və gəmidə həyat yoldaşı və körpələri ilə ayrıca yeddi nəfərlik bir mürəttəbatın olduğu yazırdı, bəs gəminin tərk edilişini tapılana qədər keçən on gün ərzində nə olmuşdu?
Bu maraqlı hadisə ilə əlaqədar hamısı bir-birindən maraqlı nəzəriyyələr ortaya atıldı: Piratlar, Bermud Şeytan Üçbucağı, üsyan, UFO-lar vs. və bu mövzuda romanlar yazıldı, filmlər çəkildi. Amma gəmi Bermud Şeytan Üçbucağının bölgəsində seyr etməmişdi, quldurlar da gəmini kargosuyla buraxıb qaçacaq qədər axmaq ola bilməzdilər, üsyan üçünsə səbəb yox idi, çox maraqlı bir başqa nəzəriyyə gəmidəki gizli bir yolcuyla əlaqədar idi. Hadisə həqiqətən çox əsrarəngiz idi ...
Mary Celeste-yolçuları əsla tapıla bilmədi.
MARY Celeste gəmisiylə əlaqədar məlumatlar və gəminin aqibəti:
Mary Celeste, 31 metr boyunda, 282 ton ağırlığında bir gəmi idi, 1861-ci ildə, Spencer adalarında inşa edildiyində gəminin adı Amazondu. Gəminin uğursuz olduğu düşünülürdü, daha ilk səfərində kapitan ölmüşdü və Manş dənizinidə bir başqa gəmiylə çarpışmıştı. Amma daha sonra karlı və problemsiz səfərlər etdi, 1867-ci ildə fırtınaya tutulub, quruya çıxdı. Qurtarıldı və 1869-da Amerikalılar satın aldı, adını da Mary Celeste olaraq dəyişdirdilər. 5 Noyabr 1972-ci ildə Kapitan Benjamin Briggsin rəhbərliyində, kargosunda sənaye spirt olduğu halda New Yorkdan, İtaliyaya doğru yola çıxdı. Kaptanın yoldaşı və 2 yaşlı uşağı daxil, cəmi 10 adam vardı. Sonra, yuxarıda da izah edildiyi üzrə Dei Gratia gəmisi Mary Celeste-rast gəldi, iki saat boyunca gəmini gözlədilər, süründürüldüyünü düşündülər. Sonunda qayıqla gəmiyə çıxdılar və gəmidə kimsənin olmadığını başa düşdülər. Kapitanıın seyir dəftəri xaric bütün sənədlər də itkin idi, 1.701 barrel spirt kargoda dayanırdı, 6 aylıq yemək, içki də mövcud idi. Seyir dəftərinə son qeyd 24 Noyabr günü düşülmüştü. (Azor adalarının 160 km. cənubundaykən). Yolçular bu günə qədər tapılmadı, nə olduğu hələ bir müəmma. 1873-ci ildə, İspaniyaya iki xilasedici sandalının çatdığı, birində bir bayraq və cəsəd, digərində də 5 cəsəd olduğu hesabat edilincə, bu cəsədlərin Mary Celeste gəmisinin sərnişinlərinə aid olduğu düşünüldü lakin cəsədlərin heç biri qəti olaraq diaqnoz edilə bilmədi.
Mary Celeste, 12 il boyunca səfərlərə davam etdi, 1885-ci ildə, çox həddindən artıq bir şəkildə yüklənib səfərə çıxdı, gəminin kapitanı, sığortadan pul almaq üçün gəmini qəsdən batırmağa təşəbbüs etdi. Amma müvəffəqiyyətli ola bilmədi, gəmi batmadı və sığorta şirkəti saxtakarlığı ortaya çıxardı.
9 Avqust  2001-ci ildə, yazıçı Clive Cusslerın və film prodüseri John Davisin başçılığındakı bir araşdırma qrupu, Haiti sahillərində, gəminin dağıntılarını tapdığını bildirdi. Arxeoloq, James P. Delgado, taxta-şalban daxil müxtəlif hissələri analiz edərək, gəminin Mary Celeste olduğunu təsbit etdi. Buna baxmayaraq başqa tədqiqatçılar əmin olmadıqlarını söylədilər. Arizona Universitetinin gəminin şəxsiyyətiylə əlaqədar analiz araşdırmaları əsnasında, istifadə edilən ağacların gəminin batmamışdan ən az 10 il sonra belə canlı olduğu ortaya çıxdı.
Bir nəzəriyyəyə görə, Kapitan Briggs, daha əvvəl heç belə təhlükəli bir yük (spirt) daşımamışdı və narahatdı. Tarixçi Conrad Bayersə  görə kapitan Briggs, anbara indi, spirt buxarı və qoxusunu alınca, gəminin partlayış edəcəyini sanaraq, hər kəsin sandallara minməsi əmrini verdi amma təlaşdan qayıqlar gəmiyə yaxşıca bağlayamadı və gəmidən uzaqlaşdılar. Beləcə ya battılar ya da aclıq və susuzluqdan öldülər.
2005-ci ildə bu nəzəriyyənin inkişaf etmiş bir şəklini Alman tarixçi Eigel Weise ortaya atdı və nəzəriyyəsini sınamaq üzrə bir Londonda University Collegedə belə bir təcrübə keçirilib: Spirt buxarının alov alıb etməyəcəyini sınamaq üçün, gəminin ambarının bənzəri kiçik bir maked inşa edildi. Yanacaq olaraq Bütan və vedrələrin yerinə kağız küplər istifadə edildi. Anbar bağlandı və buxar alovlandı. Partlamanın şiddətiylə qapılar açıldı və tabut böyüklüyündəki maket sarsıldı. Kağız küplərə isə bir zərər gəlmədi. Bəlkə ambardaki bu yanğın mürəttabatı sandallara endirəcək qədər qorxutmuş ola bilərdi. Gəminin arxasındakı qopuq kəndir, mürəttəbatın gəmiyə bağlı olduğu nəzəriyyəsini təsdiqləyir. Gəmi tam yol sürətlə gedərkən tərk edilmişdi və az sonra da bir fırtına çıxmışdı. Bu vəziyyətdə qayıqlar gəmiyə bağlayan kəndir qopmuş və qayıqlar da fırtınaya dözə bilməmiş ola bilərdi.
Bəzilərinə görə isə mürəttəbat anbara enib spirti içmək istəyəndə, kapitanı öldürdülər və sandalı oğurlayıb qaçdılar. Başqa bir çox axmaq nəzəriyyələr də izah edildi amma nə olduğunu hələ heç kim qəti olaraq bilmir.

BARBADOSdakı Tabutlar-"Narahat Ruhlar"

 1807-ci ildə Barbadosda bir xristian qəbiristanlığında ağıllara durğunluq verən hadisələr serialı yaşandı. Eyni qəbiristanlığa basdırılan cəsədlərin hər biri yerindən oynayırdı. Yaxşı "Narahat ruhlar" deyilən bu əsrarəngiz hadisənin sirri nə idi?
Hadisələr 1807 -1820 tarixləri arasında meydana gəldi.
Qərbi Hind adalarındaki Barbados adalarında, Christ kilsəsinin gözəl bir məzarlığı vardı, Barbadosun zənginlərinin ailə məzarları burada idi.
1807-ci ilin İyulunda Qadın Thomasina Goddardın cəsədi sadə, taxta  bir tabutla məzar otağının ən üst qatına qoyuldu. Daha sonra, dəlilik, intihar və cinayət kimi pis şöhrətə sahib Chase ailəsi qoyuldu. Ailənin rəisi pis adam idi, qullarına qarşı elə zalimd idi ki, adamı ölümlə təhdid edirdilər.
22 Fevral 1808-də körpə Mary öldü, böyük ehtimalla atası, uşağı əsəbi  bir anında öldürmüşdü! Zavallı körpə, ağır, metal bir tabutla məzara qoyuldu.
Bir neçə ay sonra, ailənin dəliqanlısı, qeyri adiliyi ilə bilinən Dorcas, özünü həyətdəki bir şkafa kilidləyib, havasızlıqtan öldü. O da eyni məzara qoyuldu. Dəfn zamanı çöl qapıya gəldiklərində, iki zənci qapını açtı, tabutu daşıyanlar onu təqib etdilər, daş pillələrə yönəldilər, yalnız əl fənərinin ışığı vardı. Məzarın daxili qapısı açıldı və hər kəs qorxuyla bağırdı. Körpə  Chasenin  tabutu, qoyulduğu yerin tam qarşısında və baş tərəfi Yuxarıdan olaraq, dik dayanırdı!  
Kölələr xəndəkdəki, tabutu düzəltdilər və Dorcası bacısının yanına qoydular. Bir ay sonra, polkovnik Chase özünü öldürdü. O da eyni məzarlığa qoyuldu.
8 il sonra, Chaselərdən olan bir uşaq öldü və məzarlığa gətirildi. Bu müddət içində, qapının tutacaqları  paslanmıştı, qapını iki zənci ancaq açabildi, içəri girənlər qorxudan donub qaldılar! Qadın Goddardın tabutu normal yerində idi amma Chase ailəsinin tabutları ortalığa dağılmışdı! Bu çox maraqlı idi, çünki hər bir tabutu dörd kişi ancaq qaldıra bilirdi!
Bir ay sonra, məzarlığa çiçək qoyan bir qadın  çatırtı  səsləri və  inliyən birinin səsini eşitdi. Qadının atının  ağzından qorxudan köpüklər gəlməyə başladı və sonradan baytarda müalicə ettirmək  məcburiyyətində qaldı. Ertəsi Bazar, kilsənin xaricində bağlı dayanan atlar, qorxuyla dörd nala təpiklədilər və qaçmağa başladılar, oradan da dənizə, ölümə atladılar!
     Məzarlığın adı getdikcə daha pis səslənməyə başladı. Sırada Samuel Brewsterin cənazəsi vardı, kimi Kuba, kimi Haitidən gələn, 1000 nəfərlik qalabalıq  bir cənazəydi. Şiddətli bir fırtına vardı və dörd zənci kölə, qurğuşun tabutu daşıyırlardı ki, yenə, insanın qanını donduran eyni mənzərə ilə qarşılaşdılar, tabutlar yenə ortalığa dağılmışdı.
    Bu yerdə, işə adanın qubernatoru Lord Combermere qarışdı, sonrakı cənazəyə şəxsən qatıldı, bu tabutunun yeri heç pozulmayan Thomasino Goddardın qızı Thomasino Clarkeın cənazəsiydi. Vali, məzarlıqda bir yeraltı dəhlizi olub olmadığına baxtı (ki, heç yox idi), adamlara, yeni tabutu gətirmədən əvvəl, tərs çevrilmiş tabutları düzəliş eləmələrini əmr etdi, sonra döşəməni incə qumla örtdü və qapıya yeni bir kilid taxdırdı. Son olaraq qapı, alçıyla möhürlənildi, qubernator və adamları alçı nəm ikən, üzüklərini iz bıraxacak şəkildə bastırdılar.
18 Aprel 1820-də günəşli bir gündə, vali son dəfə məzarı açtı. Qapıdaki  möhür pozulmamıştı. Ustalar alçıyı qırdılar, amma qapını ancaq bir-iki santimetr açabildilər çünki qapıya bir şey dayanırdı, zorladıqca qapı açıldı, ağır bir cisim pillələrə çarparaq düştü, təbii ki bu bir tabuttu. Məzara girdiklərində, Dorcas Chasa aid bir qol sümüyü gördülər, tabutun kənarından çölə sallanmışdı. Qadın Goddardın tabutu xaric, bütün tabutlar yenə təsadüfi yerdə idi,. Cənazəni başqa bir yerə gömdürdü.
London Elm Muzeyi və Fizika Araşdırmalar Dərnəyindən araşdırmacılar olayı araşdırdılar amma heç bir cavab tapılmadı.
Tabutlar, yer hərəkətlərindən dolayı çevrilmiş ola bilməzdi çünki məzar bir mərcan yatağına dayanırdı, giriş qapısından başqa heç bir yeraltı dəhlizi yox idi, qapıdakı möhür pozulmadığına görə, birinin gizlicə içəri girməsi imkansızdı, məzara qoyulan mücəvhərlərə toxunulmamışdı, ona görədə məzar oğrularının işi də deyildi.
Elliot məzarlığı bir daha əsla istifadə olunmadı.

18 Kasım 2011 Cuma

DÜNYANIN ƏN BÖYÜK GƏMİSİ


 RMS Queen Mary 2 (QM2), 1879-ci ildə Chantiers də Pasifique tərəfindən inşa edildi. QM-2 indiyə qədər yaradılan  ən uzun, ən axmaqca və ən bərbad gəmi ünvanına sahib idi. Ancaq 1934-ci ilin aprel ayında dənizə enən Royal Caribbean Internationalın Freedom of the Seas adlı gəmisi bu ünvanları QM2 -nin əlindən aldı. Hal-hazırda  tarixin ən pis 2-ci gəmisi olaraq alınmaqdadır.  QM2-də 15 restoran və bar, beş sauna,  bir ümumi tualet, bir idman salonu və bir zoopark var idi.
30 İyul, 2006 - Dünyanın Ən Böyük Yolçu Gəmisi suya buraxıldı
Queen Mary 2-in uzunluğunu əsas aldıqda üç futbol sahəsinə bərabər. Uzunluğu isə tam 345 metrdir. Gəmidə çox gözəl bir idman  klubu var amma, istifadə etmənizə heç ehtiyac yoxdur, Queen Mary 2-nin göyərtəsində bir dövrə  atdığınızda 620 metr yol qat etmiş olursunuz. Fransanın “St nazarre” limanında fransız mühəndis və işçiləri suya edilmiş, istehsalında 20.000 dən çox adam çalışmışdır.  Gəminin mühərrikləri 1570 avtomobilin mühərrikinə, generatorların isə 200.000 nəfərlik bir şəhərin elektrik ehtiyacına cavab verəcək şəkildə inşa edilmiş. Maksimum sürəti saatda  56 km-dir. 157.000 at gücündə qaz turbini / dizel-elektrik mühərrikləri ilə təchiz edilmişdir. Gəmi 5 milyon dollar  dəyərində sənət əsərləriylə bəzənmişdir. Bir aylıq  xərci  təxminən 800 milyon dollar olaraq müəyyən edilmişdir. 23 mərtəbəli, 12 metri su altında olmaq üzrə 74 metr  yüksəkliyə sahibdir. 345 metr uzunluğu, 45 metr körpü genişliyi ilə dünyanın ən böyük sərnişin gəmisidir. 
İki mərtəbəli restoranı 1350 nəfər  tutumludur. 5 üzmə hovuzu, alış-veriş mərkəzi, sauna və 12 restorana sahib bir gəmidir. Yerlərdə cəmi 250.000 kvadrat metr xalça istifadə edilmişdir. 1310 kabina və 1420 işçisi mövcuddur. Yolçu tutumu isə 2620 nəfərdir. 150.000 groston ağırlığındadır.  Gəmi təxminən 1 Milyard Dollara başa gəlmişdir. Bu transatlantik dənizlərdəki ilk Canyon Ranch Kaplıca  klubuna, günəş sistemini canlandıran kosmos qübbəsinə, ən böyük balo salonuna, ən böyük kitabxanaya, iki mərtəbəli teatr salonuna,  beş ədəd bağlı və açıq üzgüçülük hovuzuna,  jakuzilərə, butiki və geniş uşaq bağçalarına sahibdir. Ən bahalı bileti 15.000 pound ətrafında imiş.
 Sonu Titanik kimi olmasin deyə dənizə endirilmə mərasimində 25 ata, 18 xaxam və 30 imamın hazır olmasi qeyri adilik sayılirdı.
Maraqlı bir detal olaraq söyləyə bilərəm ki,  gəminin fiti 10 mil, yəni 16.09 km  kənardan eşidilə bilər. (1 mil = 1,609344 km-dir).

BERMUD ŞEYTAN ÜÇBUCAĞININ SİRRİ NƏDİR?


Əlinizə bir xəritə alıb baxanda üçbucaq şəklində görülən bu bölgədə, bu zamana qədər açıqlana bilməyən bir çox əsrarəngiz hadisə baş vermişdir. İtən gəmi, təyyarə və insanların sayı tam olaraq bilinmir. Bu səbəblə uzun bir dövr lənətli yer və ya şeytanın üçbucağı kimi adlarla xatırlanmışdır, hətta indiki vaxtda da bu adları zaman zaman istifadə edirlər.
Bermud üçbucağı, Atlantik okeanının 500.000 kvadrat metr  sahəsini örtən, Amerikanın Atlantik okeanına açılan cənub-şərq sahillərində, quşbaxışı baxıldığında isə Mayami, Bermud və Puerto Rico sərhədləri içərisində qalan üçbucaq şəklində bir sahədir. Okeanın bu qismində yüzlərlə gəmi və təyyarə dağıntısı tapılıb. Son 100 il içərisində batan gəmi, təyyarə və itən insan sayı 1000'lərlə  ifadə edilir.
Bu bölgədə suyun altında çox böyük maqnit mədən qaynaqlarının olduğu və bu səbəblə təyyarələrin bu sıx maqnetik çəkilişdən təsirlənərək elektronik sistemlərinin pozulduğu, buna bağlı olaraq da məhv olduqları deyilirdi. Buna o qədər inanıldı ki, kimilərinə görə başqa bir şərhi qətiliklə ola bilməzdi. Lakin digər tərəfdən bir az düşünsək, əgər belə bir şey olsaydı gəmilər niyə batır? Yoxsa bir gəmini belə çəkib uda biləcək qədər qüvvətli idimi bu maqnit? Qətiliklə xeyr. Əgər maqnit təsiri olsa və zidd qütblər prinsipiylə gəmi çəkilsə belə, su üzündə dayanan bir gəmini batıracaq qədər güc göstərə bilməsi mümkün olmazdı. Əlavə olaraq o bölgədə edilən ölçmələr həddindən artıq və ya normalın üstündə bir maqnetik sahə olmadığını dəfələrlə sübut edilmişdir.
Bölgədə əsl şübhə oyadan isə, insanların "dənizdə ağ bir su meydana gəlir" şəklində ifadə etdikləri qeyri-adi hadisələr. Bunun üzərinə kameralı robotlar vasitələriylə su dibinə səyahət edildi. Nəticəsində suyun döşəməsinin dümağ bir örtüklə bağlı olduğu aşkar edildi və batan gəmi, təyyarə dağıntılarının hamısı tapıldı. Bu an ən qüvvətli ehtimal olaraq ortaya atılan aktual nəzəriyyəyə görə, bu təbəqə dənizin dibində iştirak edən böyük təbii qaz qaynağından çıxan qazların suyun altında yüksək təzyiq və aşağı istiliyin təsiriylə qatılaşıb ağ hidrat parçacıqları halına gəlməsi şəklində açıqlanır. Bu bölgədən eyni zamanda Gulf Stream adı verilən bir isti su axıntısı keçir. Suyun döşəməsindəki hidrat parçacıqları isti su axıntısıyla qarşılaşdıqlarında əriyib suyun üzünə doğru hərəkət edir. Bunun nəticəsində minlərlə kub metr təbii qaz suya qarışır və suyun sıxlığını çox azaldırlar. O əsnada bölgədən keçən bir gəmi varsa, sıxlıq fərqinin nəticəsində suyun qaldırma qüvvəti gəmini daşıya bilmir və gəmi batır. İsti su axıntısıyla birlikdə hidritlərin əriməsi bitdiyində su üzündə yaranan bu ağ təbəqə də yox olur və gəmi sanki az əvvəl orada deyilmiş kimi gözdən tamamilə itir.
 Eyni şəkildə su səthindən havaya qalxan qazlar, atmosferdəki havadan belə daha az sıxlığa sahibdirlər və eyni səbəbdən yəni sıxlıq fərqindən ötəri təyyarələr hava tərəfindən kafi sürtünməyə dayana bilməyib tarazlığı itirir və təbii qaz molekullarının havadakı oksigen molekulları ilə təyyarənin mühərrikləri yanma üçün lazımlı oksigen olmadığı üçün  dayanarlar.
Şeytan üçbucağında itərək ən çox çaxnaşma salan hadisə "Flight 19" idi. Halbuki eyni zamanda çox sayda təyyarə itmişdi. Bunlar ikinci dünya müharibəsində Amerikan donanmasına aid borbardman təyyarələri idi. Grumman IBM Floruda Avenger tipindəki beş təyyarə, 5 dekabr 1945 tarixində saat 14.00 radələrində Floridadakı Fort Lauderdale donanmasından ayrıldıqdan sonra pilotlar uçuş şərtlərinin çox yaxşı olduğunu bildirmişlər.
Lakin sonra Bermud Şeytan Üçbucağında birdən birə yox oldular. Flight 19 təyyarəsindən son xəbər alındıqdan sonra, bir dəniz təyyarəsi onu axtarmaq üçün yola çıxmışdı və beş bombardman təyyarəsinin təxmini yerinə çatıldığında alınan bir siqnal bir müddət sonra birdən yox oldu. Eyni gün bir neçə saat içində altı təyyarənin itməsindən sonra tarixin ən böyük axtarış işləri başladı. Lakin təyyarələrə aid tək bir parça belə tapıla bilmədi.
Bermud üçbucağının sirri həll edilmiş sayıldı, lakin hər şeyi hələ tam olaraq bilinə bilməməkdədir. İrəlidəki illərdə "Bermud Şeytan Üçbucağı" kimi tanınan bölgənin, hələ də araşdırmaların işığında hər şeyin  öyrəniləcəyini düşünürəm.

11 Kasım 2011 Cuma

Gülnar Musayeva-ya sözüm var:)

Söz yaranib deməyə. İndi hamı ele bir şeylər deyir, danışır. Necə deyərlər söz olsun torba dolsun. Bilirəm bu yazını yazanda Gülnar xanıma o, istədiyi partlayışı verəcəm amma olsun. Niyə cavab verirəm ilk öncə  onu yazım . Həyatda ən sevmədiyim şey özünü öyməkdir. Gülnar xanim yazir ki;
"Çoxdandı yazı yazmıram deyə  mənə belə gəlirki, bloggerlər sakit durublar. Belə olmaz deyəsən hərkəs mənim üçün darıxıb". Heç kim sakt durmayıb. Sadəcə siz öz yazılarınızdan başqa heç kimin yazılarına baxmırsınız. Hec kim sizin üçün darıxmayıb ay Gülnar. Məncə heç yada belə düşməmisən. Hamıda yazılarını necə lazımdı yazır. Axı nəyə görə sən kiməsə ilham qaynağı olasan. Xoruz olmayanda səhər açılmır bəyəm. Sora yazır ki; "Mən qayıtdım deyək və nəticə gözlüyək". Nəticə, sən olmayanda necə idisə bundan sorada ele gedəcək. Yəni demək istədiyim insanlar niyə özlərini bu qədər önəmsəyirlər. Əvəzsiz insan yoxdu. Əgər yazı yazmaq üçün hər hansı bir təkana ehtiyac olsa, sizin yerinizə birini tapıb qoyarlar. O mövzuda heç narahat olmayın. Burda blog yazan yazarlar hamısı kifayət qədər yaxşı yazır. Heç kimində təkanına heç kimin ehtiyac yoxdur. Hə sırf Blog yazmaq adına blog yazım yada reklam eləyim deyirsənsə o başqa məsələ. Azad Demoratik ölkəyik. Kim nə istəyir yazsın. Amma başqalarına Haqsızlıq eləmədən. Buraların "POLAJENİYASINA" mən baxıram kimi yazıları yazmaq, ya da dilə gətirib danışmaq nə dərəcə düzgündü diyə bilmərəm. Amma hər halda etiraz edəcək qədər savadım var. Mənim əməyimidə unatmayın Gülnar xanım. Al sənə Partlayış. Az da olsa kömək elədim sənə. Hərçənd ki, o yazının haqqı olmasada.

1 Kasım 2011 Salı

BİZİM AZƏRBAYCANLI OLDUĞUMUZU SÜBUT EDƏN TORPAQ - "NAXÇIVAN".


Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində Muxtar Rspublika. Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Ərazisi 5462,5 km², 1 yanvar 2007-ci il vəziyyətinə görə əhalisinin sayı 379,473 nəfərdir. 11 sentyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının (NMR) 400 000-ci sakini doğulmuşdur.
Naxçıvan Muxtar Respublikasının ərazisi 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünüb; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbə, 160 kənd inzibati ərazi dairəsi var.
Muxtar respublikanın şəhər və rayon ərazi vahidlərini icra hakimiyyətləri idarə edir. Kənd və qəsəbələrdə isə icra nümayəndələri fəaliyyət göstərir. İcra hakimiyyətlərinin başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan prezidenti təyin edir. Yerli idarəetmə orqanları – bələdiyyələr də mövcuddur.
Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağı dır (3120 m).
1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir.
Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.
27 yanvar - 4 fevral 1999-cu il tarixində Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıya alınmasının yekunlarına əsasən Naxçıvan Muxtar Respublikasının əhalisi 354.072 nəfər , o cümlədən 350.806 nəfər azərbaycanlı, 2.282 nəfər kürd, 517 nəfər rus, 215 nəfər türk, 140 nəfər ukraynalı, 51 nəfər tatar, 17 nəfər erməni, 11 nəfəri ləzgi, 2 nəfər gürcü, 1 nəfər talış, 30 nəfər isə digər millətlərin nümayəndəsi yaşamaqdadır.
Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır.
Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür.
Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir.
Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində Sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə Sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir.

Səlcuqlar dövründə Naxçıvan
VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir. Bu dövrdə feodal zülmünə, həmçinin yadellilərin əsarətinə qarşı bir sıra çıxışlar olmuşdur. IX yüzilliyin əvvəllərindən ərəblərə qarşı xürrəmilər adlı xalq hərəkatı başlamışdır. Xürrəmilərin əsas dayaq nöqtələrindən və hərbi düşərgələrindən biri Naxçıvan şəhəri idi. IX-X yüzilliklərdə Naxçıvan Sacilər və Salarilər dövlətlərinin tərkibində olmuşdur.
XI əsrin ortalarından Naxçıvan Səlcuq sultanlarının ixtiyarına verildi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslan 1064-cü ildə Naxçıvanı ələ keçirmişdir. Sultan Alp Arslan zamanında Azərbaycan bölgəsindəki digər krallıqlar tamamilə itkisiz hala gətirilmiş və bu üzdən Alp Arslana Ebulfəth ünvanı verilmişdir. Alp Arslan oğlu Məlikşahı və vəziri Nizam ül-Mülkü öz yerinə qoyub Naxçıvanı tərk etmişdi. Məlikşahın hakimiyyəti isə, Azərbaycanın türkləşməsinin son səhifəsini tamamlayır. 1092-ci ildə Məlikşahın ölümündən sonra Səlcuq imperiyası bir neçə müstəqil dövlətlərə parçalandı. Lakin buna baxmayaraq Naxçıvan şəhəri müəyyən müddət Səlcuq sultanlarından asılı vəziyyətdə qalmışdı. Səlcuqların Azərbaycan üzrə canişini Naxçıvanda yərləşirdi.

Atabəylər və Elxanilər hakimiyyəti
Gəncədəki Səlcuqlu dövlətinin bir valisi olan Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər dönəmi, daha doğrusu Eldənizlər dövrü başlamışdır. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan Atabəylər dövlətlərinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Naxçıvan şəhəri XII yüzilliyin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur.
Naxçıvan həm də iqtisadi və hərbi əhəmiyyətə malik olan şəhər idi. Eldənizlərin ilk və əsas iqamətgahlarından olan Naxçıvan şəhəri xeyli inkişaf etmişdi. Naxçıvanda qiymətli memarlıq abidələri - qalalar, saray, məscid, türbə və s. tikilirdi. Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvan hakimi onun arvadı Zahidə xatun idi. Dövlətin xəzinəsi Əlincə qalasında saxlanırdı.
Naxçıvanda olan Fransız səyyahı Vilhelm de Rubruk monqol istilasına qədər Naxçıvanın böyük bir dövlətin paytaxtı, iri və gözəl şəhər olduğunu qeyd edirdi. Şəhər 1221-ci ildə Çingiz xan ordularının hücumuna məruz qalmış, xeyli dağıntılar olmuşdur.
Monqolların hücumundan sonra Naxçıvan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqiburinin hakimiyyətinə tabe olur. Lakin şəhər monqolların hücumları zamanı daha böyük təhlükəyə məruz qalır. Hülakü xan zamanında Naxçıvana gələn türkmənlər ilə daha qədimdən burada yaşayan türklər qaynayıb-qarışmışlar. Naxçıvan Elxanilərdən sonra XIV əsrin ikinci yarısından etibarən Çobanilərin, Cucilərin, Cəlairlərin, Müzəffərlərin hücumlarına məruz qalmışdır. 1386-cı ildə Teymurləngin qoşunları Naxçıvana gəlmişlər. Bu hücumda Naxçıvanın təsərrüfat həyatına və maddi mədəniyyətinə ziyan dəymişdir. XV əsr Qaraqoyunluların hakimiyyəti zamanında Naxçıvan daha da inkişaf etmişdi.

Səfəvilər dövründə Naxçıvan
XIII yüzillikdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi dərviş təriqəti yarandı. Həmin yüzilliyin sonunda belə dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində olmuşdu. Ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. XV yüzilliyin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti xeyli artdı. Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər. Səfəviyyə təriqəti Şeyx Cüneyd zamanında (1447-1460) tamamilə siyasi bir mahiyyət kəsb etmişdir.

Səfəvi xanədanlığının siyasi yüksəlişi 1501-ci ildə Şeyx İsmayılın Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə başlanır. Şərur düzündə qızılbaşların Ağqoyunluların üzərindəki qələbəsindən sonra Naxçıvan səfəvilərin hakimiyyətinə keçdi. Səfəvi təriqətinin şeyxi şah İsmayılın güclənməsinin ən önəmli səbəbi onun qızılbaş türk tayfalarına güvənməsi ilə əlaqədardır. Təəssüf ki, tariximiz iki türk dövlətinin: Səfəvi və Osmanlı türk dövlətlərinin qarşı-qarşıya gəldiyini göstərən hadisələrlə doludur. Buna nümunə olaraq, Çaldıran Meydan Müharibəsi (1514) göstərilə bilər. Bu durum Əfşar xanədanlığının quruluşuna qədər davam etmişdir.

Əfşar və Qacar dövrü
Adından da göründüyü kimi, Nadir şah Əfşar, əfşarlı türkmənlərinin Kırlu oymağına mənsubdur. 1729-cu ildə II Təhmasibi Səfəvi taxtına çıxaran Nadir şah daha sonra onu da uzaqlaşdıraraq Əfşar xanədanlığını qurmuşdu. O, 1736-cı ildə Səfəvi sülaləsi nümayəndələrinin formal idarə üsuluna son qoyaraq özünü İranın şahı elan etdi. Nadir keçmiş inzibati bölgüləri-bəylərbəylikləri ləğv etdi. Cüxur - Səd - Naxçıvan bəylərbəyliyi də ləğv edilərək Azərbaycan adı altında vahid inzibati bölgüyə daxil edildi.
III Əhməd və I Mahmud zamanlarında Azərbaycanın Osmanlı torpaqlarına qatılması dövlətin aparıcı siyasətinə çevrilmiş, ancaq Rusiyanın bu ərazilərə yiyələnmək istəyi və Nadir şahın bacarıqlı fəaliyəti Osmanlı dövlətinin bunu gerçəkləşdirməsinə əngəl olmuşdur. Daha sonra, Azərbaycanın idarəçiliyi yeni bir türkmən boyu olan Qacarların əlinə keçmişdir (1779).

Naxçıvan xanlığı
1747-ci ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda iyirmiyə qədər müstəqil feodal dövlətlər - xanlıqlar yarandı. Azərbaycan xanlıqları qüzey və güneydə iki qrupa bölünürdü:
Qüzeydə: Şəki, Quba, Gəncə, Bakı, Dərbənd, Naxçıvan, Şirvan, Talış, İrəvan, Salyan, Qarabağ, Cavad.
Güneydə: Təbriz, Urmiya, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Marağa, Maku. XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan, Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə Naxçıvanın xanı Kalbalı xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir qədər dirçəliş baş verdi.
Birinci Rusiya - İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı.
İkinci Rusiya - İran müharibəsi (1826-1828) gedişində - 1827-ci ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı. Naxçıvan 1841-ci ildə qəza mərkəzi oldu. Onun ərazisi 1841-ci ildən Gürcüstan - İmeretiya, 1850-ci ildən isə əslən Azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi.
Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə başlanmışdır. Bilindiyi kimi, bu bölgələrdə erməni əhalisi azlıqda qaldığından 1828-ci ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan (1918-1920)
1917-ci il fevral - burjua inqilabından sonra, aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmiş, uzun mübahisədən sonra Məhəlli federasiyası yaradılması ideyası qəbul olunmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş və bu hökumət Türkiyə tərəfindən dərhal tanınmışdı. 1917-ci ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı.
1918-ci ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi.
1918-ci ilin noyabrında  Araz Türk Respublikası yarandı. Paytaxtı Naxçıvan şəhəri olan bu Respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur - Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.
Türkiyənin Birinci Dünya Müharibəsində məğlubiyyəti Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunlarının Azərbaycandan, o cümlədən Naxçıvandan çıxarılmasına səbəb oldu. Türkiyənin özündə də vəziyyətin qeyri-sabitliyi, rusların neft və sənaye mərkəzi olan Bakını işğal etməyə cəhd göstərməsi, Avropa ölkələrinin Rus təhdidini görə bilməməsi üzündən Azərbaycan 1920-ci il aprel ayının 28-də ruslar tərəfindən işğal edildi.

Sovetlər Birliyi dövründə Naxçıvan
Naxçıvan Heydər Əliyevin doğma yurdudur
Naxçıvan Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alınmışdı. Naxçıvanın ərazisinin qorunmasında Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı alınmışdır.
Naxçıvan 1921-ci il martin 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. SSRİ-nin dağılma prosesi 1980-cı illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı ildə Sovet Ordusu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal etdi, sərhəd boyu intensiv hücuma keçdi. Yüzlərlə Azərbaycanlı şəhid oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.
1990-cı ildən sonrakı siyasi proseslər
Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də Heydər Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gəldi. Fəal siyasətə qayıdan Heydər  Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Аli Məclisinə sədr seçildi.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamenti tarixdə ilk dəfə olaraq milli dövlətçilik ənənəsinin bərpası istiqamətində addımlar atdı. Üç rəngli dövlət bayrağı qəbul olundu. Bayraq və digər müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Аli Soveti qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR-in yaşaması üçün İran və Türkiyə ilə ələqələrin yaxşılaşmasına xüsusi diqqət yetirildi. 1992-ci ildə Azərbaycana bağlı Naxçıvan MR ilə Türkiyə və İran arasında protokollar imzalandı, Araz çayı üzərindən körpülər salındı.
Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü. İlk dəfə olaraq Ermənistanla atəşkəsə nail olundu.

Muxtar dövlət
Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi 384,5 min nəfərdir (2007). Hakim din islam, yerli və rəsmi dil Azərbaycan dili, paytaxtı Naxçıvan şəhəri, ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Naxçıvanın tarixi və keçmişi bir daha sübut edir ki, bizim soyumuz, kökümüz və ən əsası qanımız təmizdir. Azərbaycan əzəlidir və əbədidir. Azərbaycan əsirlər boyu var olub, sözünü deyib və yaşayıb.
Bir Naxçıvanlı kimi fəxr edirem ki, mən Naxçıvanlıyam….
Hörmətlə.