28 Ekim 2011 Cuma

WEBLOG.AZ-DA YAZILAN BLOGLARI NİYƏ OXUMURUQ?


 Indiki dünyada əməyə hörmət qalamyıb. Başqasının əməyini qırağa  qoy, hec öz əməyimizə də hörmət eləmirik. Mən blog yazmağa başlayanda  tək dərdim yazmaq deyildi əlbətdə. Yazdıqlarımdakı  ana hədəfim birilərinə bir şeylər öyrətməkdi. Etdiyim səhvləri başqaları ələməsin diyə. Yazdıqlarım həm ətrafımdakı insanlardan gördüklərim, onların yaşadıqları, həmdə maraqlı bildiyim mövzulardı hansı ki, mənədə maraqlıdır. Ziyanin harasından qayıtsan xeyirdir. Qırılan qoşundandır deyirlər. Amma elə sadəcə mənim fikirim olaraq da qaldı.
Amma nə olsun ki. Yazdıqlarımız elə özümüzə qalir. Weblog.az-da yazırıq. Klavyaturanıza qüvvət.  Səhəri gün  və ya başqa vaxt baxirsan ki, heç kim oxumayıb blogları. Bəlkə ola bilər ki, kimsə bilməsin bu saytı. Xəbəri olmasın. Bəs burda yazı yazanlar. Siz heç olmasa girb öz yazınız çıxıbmı ya yox baxanda, başqa yazılarada baxın. Burda bu qədər insan var. Yazır-pozur. Atdığımız daş hədəfə dəyməyəcəksə niyə yazırıq ay millət?. Facebook-da olan gic-gic yazıları bundan çox link edilir. Yazılar maraqsızdır? Deyənlər tapılacaq mütləq. Xeyir. Əsla bu fikirlə razı  deyiləm. Hamı özündən bir şeylər qoyaraq yazır bu yazıları. Vaxtını sərf edir, ürəyini qoyur, təcrübəsini bölüşür, dərdini deyir. Amma sadəcə kimsə oxumur. Dilim gəlmir deməyə amma, biz oxuma mədəniyyətimizi itimişik bəyəm?. O qədər  əsəbi olmuşuq ki, yazırıq, ürəyimizi boşaldırıq, amma oxumağa səbrimiz çatmır. Bumudur yəni?.   Öyrənməyin yaşı yoxdur. Nə olursa olsun fərqi yoxdu, ama öyrənək. Əgər bu saytda yazanlar, bir-birimizin yazısını oxumaq  zəhmətini çəkməyəcəyiksə başqasından nə gözləyirsiniz. Ya da niyə yazırsınız. Başa  düşə bilmirəm. Bəziləri 100-lərin üzərində yazı yaziblar. Necə nəfər oxuyub o, yazdıqlarınızı?. Yada siz necə yazı oxumusunuz?  Necə yazıya  bal vermisiniz?. Ümumiyətlə niyə özümüzə sual vermirik ki, biz niyə yazırıq?....
P,S: mən Elvin Nəcəfov olaraq əlimdən gələn qədər bütün yazılara baxiram, oxuyuram  və balla qiymətləndirirəm, bir şeylər öyrəndiyim yazılara əlbəttə. əgər istəsəniz bunu adminlər dogrulaya bilər.
Yazıların altında fikir yazmaq yeri olsaydı,  lap əla olardı.

22 Ekim 2011 Cumartesi

EVLİLİLİK VƏ FİKİRLƏR....


 Həyat elədir ki, nəyisə isdəməsən belə, vaxdı çatanda səni məcbur eləyir. Bunlardan biridə evlikdir. Təklik Allaha məxsusdur deyir atalarımız. Amma yaşamış alimlər və sayılıb-secilənlər təssüf olsun atalarIıya eyni fikirdə  deyil. Amma bütün insanlar kimi məndə hər bir insanin fikirinə hörmətlə yanaşıram. Bu onlarla razılaşdığım mənasını daşımır.  Və hörmətlə yanaşdığım fikirləri sizinlə bölüşürəm. Siz necə yanaşarsınız onu deyə bilməyəcəm. Axı sizin də fikirlərinizə hörmətim var.
Evlilikdən ağzı yananlar, hər şeyin ən yaxşısını bilənlər buyurur:
*Evli kişilərin psixologiyası dostları ilə restorana getməyə bənzəyir. İstədiyi yeməyi sifariş verir, sonra yanındakının istədiyi yeməyi görüb "Kaş ki onu istəsəydim" deyirlər.
*Bir xanım rəfiqəsindən soruşur: "Niyə üzüyü səhv barmağına taxmısan? "Digər xanımın cavabı: "Səhv adamla evlənmişəm, ona görə"
*Bir gənc atasından soruşur: "Ata evlənmək neçəyədir?" Ata cavab verir: "Bilmirəm oğlum, mən hələ də ödəyirəm."
*Yeni evlənmiş bir adam xoşbəxtdirə səbəbini dərhal başa düşürük. On illik bir adam xoşbəxtdirsə bunun səbəbi bizə maraqlı olacaqdır.
*Evliliyin ilk ilində kişi danışır, qadın dinləyir, ikinci ilində qadın danışır, kişi dinləyir, üçüncü ilində hər ikisi də danışır, qonşular dinləyir.
*Bir kişi arvadı üçün avtomobilinin qapısını dərhal açırsa, əmin ola bilərsiniz: "Ya avtomobili yenidir, ya da arvadı."
*Namuslu adam tez evlənir, ağıllı adam heç evlənmir. (Servantes)
*Evlilik sevginin məzarıdır. (Stendhal)
*Bir evliliyin gələcəyi, ilk gecənin səhərindən müəyyən olur. (H. De Balzak)
*Evlənmək qarışıqdır; mütləq məmnun olmayan bir tərəf vardır. (H. De Balzak)
*Hər evli cütlüklər arasında, ən az biri axmaqdır. (Fielding)
*Evlənmək yaxşı olar bilər, amma heç vaxt əla ola bilməz. (La Rouchefoucauld)
*Evlilik, subayların darıxdığı və dulların qaçdığı bir şeydir. (F. K. Knowles)
*Bütün faciələr ölümlə bitər; bütün komediyalar evliliklə. (Byron)
*Evliliyə müqəddəslik verən eşqdir. (Tolstoy)
*Eşq ümumiyyətlə bir evlilik meyvəsidir. (Moliere)
*Evlilik kişilərin azadlıqlarını, qadınların xoşbəxtliklərini riskə atdıqları bir lotereyadır. (Madame də Rieux)
*Qadınlar evlənməmişdən qabaq, kişilər isə evləndikdən sonra ağlayırlar (Polşa Atalar sözü)
*Eşq, evliliyin şəfəqi, evlənmək isə axşamıdır. (De Finod)
*Evlilik, heç bir kompasın işləmədiyi dərin bir okeandır. (Heine)
*Kar ərlə, kor arvad xoşbəxt cütlükdür. (Danimarka Atalar sözü)
*Kişilər evləndiyinin səhəri günü özünü yeddi yaş daha qoca hiss edirlər. (Bacon)
*Gözəl bir evdə baş xarab edən bir qadınla oturmaqdansa, tavan arasında tək başına oturmaq daha yaxşıdır. (Simonider)
*Döyüşə gedərkən bir, dənizə girərkən iki, evlənərkən üç dəfə düşün. (Rus Atalar sözü)

17 Ekim 2011 Pazartesi

4 BÖYÜK MƏLƏK VƏ DİGƏRLƏRİ...


Mələk - dini bir termindir. Mələk - bir çox dində inanılan səmavi varlıqlara verilən addır. Mələklərin vəzifələri Allaha xidmət etməkdir. Mələklərə inamın var olduğu hər dində mələklərə fərqli baxış var.İslam dininə görə mələklərin iradələri vardır. Lakin şeytan tərəfindən müsəllət olunmadıqları üçün bu iradələrini insan kimi pis istiqamətdə istifadə edə bilmə qabiliyyətləri yoxdur. Başqa sözlə günahsız varlıqlardır.İslam dinində xüsusilə dörd böyük mələk olaraq xatırlanan dörd əsas mələk vardır. Bunlar: Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldır.
Uca Allah buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”. (əl-Bəqərə surəsi, 97)
Mələk nurdan yarandığı üçün, onun müəyyən forması yoxdur. Hətta cinsiyyətidə olmaz. İnsan kimi üzvlərdən təşkil tapmayıb. Nurun müəyyən forması olmadığı üçün, təsəvvür etməkdə mümkün deyil. Nurdan yarandığları üçün, görmək də mümkün deyil. İslam peyğəmbəri ilk dəfə Cəbraili görəndə, özündən getmişdi. Biz onları görmədiyimiz üçün və o barədə elmi dairəmiz məhdud olduğu üçün, onları insan kimi təsəvvür edirik. "Fatir" surəsinin 1-ci ayəsində Allah buyurur. Allah iki-üç və dörd qanadlı mələkləri öz elçiləri qərar vermişdir. Ayəyə əsasən, onların qanadlara malik olmasını görürük. Deməli mələyin qanadı var. Hansı mələyin yüksək pilləyə malik olması, qanadlarının çoxluquna görə ölçülür. Mərhum Əllamə Təbətəbai qanaddan məqsəd, onlardakı güclərə işarə olmasına ehtimal edib.

Cəbrail - Cəbrail sözünün mənası Allahın qulu deməkdir. “Cirb” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir.  Qiyamətdə hesabları verən, vəhyə aid olan işlərə baxar.  Islam dinində dörd böyük mələkdən biridir. Adının etimologiyasından da aydın olduğu kimi İslam dinində Cəbrayılın çox qüvvətli bir mələk olduğuna inanırlar. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir, yəni Allahdan peyğəmbərlərə xəbər və məlumat daşıyar. İslam dininə görə inanılan bütün peyğəmbərlərə vəhy gətirən Cəbrayıldı.
Ən böyük mələk olan Cəbrail, yeddi cəhətə görə insan olmaq istəyib. Camaat namazına görə, alimlərin məclisində iştirak etmək üçün, iki küsülünü barışdırmaq üçün, yetimə nəvaziş etmək üçün, xəstənin görüşünə getmək üçün, cənazədə iştirak etmək üçün, həccdə hacılara  su paylamaq üçün.
Bu yeddi əməlin savabı o qədər çoxdur ki, Cəbrail kimi mələk o əməllərdəki savabı qazanmaq üçün , insan olmağı arzu edib.

Mikail-  Mikail adının mənası Allahın qulu deməkdir. “Mik” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir. İslam dinində dörd böyük mələkdən biridir.   Mikailin adı Quran və sünnədə sabit olmuşdur.  Bu mələyin gördüyü iş barədə İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Mikail yağış və bitkilər üçün təyin edilmiş mələkdir” (əl-Bidəyə və ən-Nihəyə 1/41). Kainatdakı təbiət hadisələrindən vəzifəlidir.  Uca Allahın əmri ilə külək və buludları Rəbbinin istədiyi yerə aparır və bitkilərin yetişməsində mühim rol oynayır.
 Ruzi, ucuzluq, bahalıq, iqtsadi nizama ağalıq, hər bir maddəni hərəkətə gətirən mələkdir. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, xoş əhval və dinclik gətirməklə vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etməklə vəzifəli mələkdir.
Mikayıl iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir.

İsrafil -  “İsraf” kəliməsi qul, “İl” kəliməsi isə Allah mənasını verən bir sözdür. İsrafilin adı Quranda zikr olunmasa da sünnədə zikr olunmuşdur. İslam dinində dörd böyük mələkdən biridir. Allahın əmriylə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir.  Dirildən, 3 dəfə sur ifa edər (yəni xüsusi səs çıxarar). Birinci dəfə üfürdüyündə göylərdə və yerdə olan hər şeyin yox olacağına, ikinci dəfə üfürdüyündə isə, bütün insanların təkrar diriləcəyinə və məhşər yerində toplanmaq üzrə sövq ediləcəklərinə inanılır.  Birinci surda  hamı ölər, ikinci surda hamı qəbirdən qalxar, 3-cü surda isə hamı dirilib Allah qarşısında hesabat verər. Gündüz üç dəfə və gecə üç dəfə Cəhənnəmə baxıb, ağlayar.  İsrafil sura iki dəfə üfürəcək. İsrafil sura üfürəndə surdan böyük bir səs çıxacaq və yeddi qat göylərə və yerin hər tərəfinə çatacaq. Eşidənlərin hamısı yerdə olsun, göylərdə olsun öləcək. Vəsiyyətlərini belə edə bilməyəcəklər. Bərat (əfv olunmaq) gecəsində əməllər nüsxəsi dünya səmasında vəzifəli olan İsrafilə veriləcək
İsrafil əleyhissalam, "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.

Əzrail -  can alan mələkdir. Hər gün hər bir ailəyə beş dəfə daxil olub, çıxar.  Əzrail...İslam dinində 4 böyük mələkdən biridir.Ruhları almaqla vəzifələndirilib, Quran-ı Kərimdə "Mələk-ül-mevt" yəni "Ölüm Mələyi" olaraq zikr edilmişdir.Bu böyük mələyin əmrində köməkçi mələklər də vardır...
İslam dinində canlıları öldürən, ölüləri dirildən, sağlamları xəstə edən, xəstələri sağaldan yalnız Allahdır.Əzrail ölüm əsnasında bir səbəb,vasitədir...
İslam mifologiyasında Əzrail qiyamətə qədər bütün canlıların canını almağa ya özü yada əmrindəki mələklərlə davam edər.Əzrail saleh və təmiz müsəlmanların ruhunu (canını) alarkən onlara çox gözəl şəkliylə görünüb müjdələr verdiyini və acı eşitməyəcək şəkildə ruhlarını cəsədlərindən ayırdığı bilinməkdədir.
Günahkarların canı, acı və iztirab verilərək alınar. İbrahim əleyhissəlam, Əzrail günahkarların canını almaq halındakı surətini görüncə; "Ey can alan mələk! Bir günahkar sənin bu şəklini gördükdən sonra bir şey görməsə ona kifayət edər." demişdir.İslam dinindən olmayanlar ilə mürtəd (dindən çıxmış) və pozğunların canları Əzrail ən-Naziat adındakı köməkçiləri tərəfindən alınar. Bunların canları çıxarkən budaqları ən incə sinir uclarına qədər çatan tikanlı bir çalının çəkilərək boğazından çıxarılmasından daha şiddətli ağrı çəkəcəkləri bildirilmişdir.
Əzrail; qiyamət qopduqdan sonra, bütün mələklərin də canını alacaq; ən son, Allah da onun canını alacaq və Allahdan başqa heç bir canlı qalmayacaq. Daha sonra bütün canlılar dirildiləcək və hesaba ediləcəksiniz, sonunda; iman və əməllərinə görə Cənnət və ya Cəhənnəmə göndəriləcəklər...

Münkər və Nakir - Qəbirdə insanı sorğuya çəkən dəyişik görünüşlü mələklərdir. Bu sorğu nəticəsinə görə insanın qəbir həyatını yaxşımı və ya pismi keçirəcəyi təyin olunar.
Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nakir. Bir yanaşmaya görə "münkər və nakir" bir mələk növünün adıdır ki, hər adamın qəbirinə bunlardan ikisi göndərilər. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar. Həyatı, iman dairəsində istiqamətlə keçmiş bir insan üçün, bu iki mələk qəbirdə "nurani bir yoldaş"dırlar. Onu qəbrin təkliyindən və dəhşətindən qurtarar, fərahlandırarlar.
Kiramən və Katibin - Hər insanın sağ və sol çiyinində oturub, etdiyi yaxşı və pis işləri yazarlar. Kiramən və Katibin insanın ağılından keçən pis işləri həyata keçirmədiyi müddətcə yazmazlar. Yaxşı işlərini isə niyyət anında dərhal yaxşılıq xanasına yazarlar.Qoruma mələkləri adıyla da bilinirlər.
Məlik - Cəhənnəmin gözətçisi. Məlik  Cəhənnəmi mühafizə edən mələklərin rəhbəridir. Yeddi cəhənnəmin mühafizəçisidir. Məlik pis mələk deyildir. "Onlar cəhənnəmdə ağlayacaqlar, Məlikə yalvaracaqlar."   “Onun üzərində on doqquz (gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquza) qaldırdıq ki, (bu) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın …” (əl-Muddəssir surəsi, 30-31)
Rizvan - Cənnətə görə məsuliyyət daşıyır.
Şeytan - Mələk deyil, "cin"-dir. Nurdan yox, oddan yaradılmşdır. Allaha üsyan etdiyi üçün cənnətdən qovulmuşdur.Qiyamət gününə qədər ona vaxt verilmişdir.
Allah hər gün 70000 mələk yaradır. Mələk, nurdan yaranıb. İncə və lətif bir məxluqdur ki, bir simadan başqa bir simaya (it və donuz simasından başqa) yəni cildə düşə bilər. Amma cin hər formaya düşə bilər. Cəbrail (ə) 12000 dəfə İslam Peyğəmbərinə nazil olmuşdur. Cəmi iki dəfə isə öz mələk simasında nazil olub. Birinci dəfə miladi tarixilə 610-cu ildə Cəbəlun-Nur deyilən dağın Həra mağarasına Həzrəti Muhəmmədə (s) Peyğəmbərlik missiyasını Allahdan gətirərkən, ikinci dəfə isə, Əbtəh adlı çöldə nazil olaraq, Allah əmri ilə 40 gün evə getməməsini bildirir. Başqa vaxtlarda isə, Mədinə şəhərində yaşayan və simaca yaraşıqlı olan Dəhyə ibn Kəlbin simasında gələrmiş. Peyğəmbərdən başqa heç kim onun Cəbrail olmasını bilməzmiş. Mələklər eləcə də İbrahim peyğəmbərə başqa  bir simada, hətta peyğəmbərin tanımadığı bir simada nazil olub. Ona salam verib, Allahın ona övlad verəcəyini müjdələdilər.("Zariyat" surəsinin 25, 26 və 28-ci  ayələri)
Həmçinin Cəbrail (ə) Həzrəti Məryəmə xoş qamətli bir bəşər kimi göründü. ("Məryəm", ayə 7)

14 Ekim 2011 Cuma

Dünyanın ən məşhur 12 eşq hekayəsi ...


Onlar etdikləri ilə adlarını tarix kitablarına yazdırdılar. Yaşadıqları eşqlər də etdikləri kimi dildən-dilə gəzib sanki dastanlaşdı. Dünyanın ən məşhur 12 eşq hekayəsi ...
   Mark Antony və Kleopatra e.ə 31 ci il - Roma və Misir
Elə güclü bir eşq yaşadılar ki, ayrılmaları üçün döyüş başladıldı. Mark Antony, Kleopatraya olan eşqi üzündən arvadı Octaviadan ayrılınca, Octavianın qardaşı Octaivan roma ordusunu onları yox etmək üçün Misirə gətirmişdir. Lakin iki aşiq ayrılmaq yerinə intihar etməyi seçdilər; gerçək Romeo və Juliet hekayəsi!
    Napolyon və Jozefina / 1800-cü illər- Fransa
Napolyon gözəl Jozefinanı görər görməz vurulmuş ancaq özünü ifadə etməsi illər sürmüşdür. Bir dəfə bir araya gəldikdən sonra, xəyanət və dramla dolu həqiqətən fırtınalı bir eşq yaşadılar. Cozefina bir varis doğuramayınca, Napolyon onu başqa bir qadın üçün tərk etdi və Cozefina ürək qırğınlığından öldü. Napoleon Jozefinanı əsla unuda bilmədi.
     Juan və Evita Peron / 1940-cı illlər - Argentina
Juan Domingo və Evita inanılmaz siyasi gücə sahib aşiqlərdı. Evita özünü kasıb həyatından qurtarıb, Juanı başdan çıxardı. Birlikdə Argentina hökumətinin bütün fəaliyyətlərini dəyişdirdilər və dövrün ən çox sevilən siyasi cütlərindən biri oldular. Böyük zəfərlərinin birinin ardından Evita tragedik bir şəkildə xərçəngdən öldü.
    Şahzadə Edward və Wallis Simpson / 1900 cü illlər - İngiltərə
Edward, son dərəcə cazibədar və evli olan Wallis Simpsona aşiq olduğunda İngilis monarxiyası üçün son dərəcə əhəmiyyətli dəyişikliklər etdi. Wallis, İngiltərə kraliçası ola bilməyən bir Amerikalı olaraq 1934-də ərindən ayrıldı və ikili son dərəcə vəhşi bir romans yaşamağa başladı. Edward 1936-da İngiltərə kralı oldu amma çox keçmədən sevdiyi qadınla evlənə bilmək üçün tacını qaytardı.
    Volter və Emilie du Chatelet / 1700-cü illlər - Fransa
Volter Fransız kraliyət ailəsi tərəfindən son dərəcə sevilən bir yazardı və Emilie də gənc, ağıllı bir kübar cəmiyyətdəndi. Emilie, Marquis du Chateletlə evli olmasına baxmayaraq özü kimi Volter də insanların nə düşündüyünü önəm vermirdi . Emilie ölənə qədər 15 il boyunca sevgili olaraq qaldılar və hətta deyilənə görə,  Emilienin əri trərəfındən alınan bir evdə yaşadılar. Bir-birlərinə qarşı yalnız fiziki  deyil həttda, bir-birlərinin zəkasından da son dərəcə elektrik alırdılar.
    Çar II  Nikolay və Alexandra Federovna / 1800-lərin sonu və 1900-lərin əvvəli - Rusiya
Nikolay, Rusiyanın gələcəkdəki Sezarı, gözəl Alman şahzadəsi Alexandraya aşiq oldu. Tərəflərin ailə təzyiqlərinə baxmayaraq birlikdəliklərini kimsədən saxlamadan yaşamaqdan çəkinmədilər. Bolşeviklər Rus kraliyət ailəsini əsir götürdüyündə, Alexandra və Nikolay birlikdə edam edildi.
    Richard Burton və Elizabeth Taylor / 1960-lar - Amerika
Richard Burton və Elizabeth Taylor, Mark Antony və Klopatranın eşq hekayəsini izah edən film də daxil olmaq üzrə bir çox əsərdə birlikdə rol aldılar. Və bir-birlərinə hiss etdikləri cinsi arzuya daha çox dözə bilməyib, ikisi də evli olduğu halda eşq yaşamağa başladılar. Daha sonra evləndilər, amma fırtınalı eşqləri tez söndü və boşandılar ... Yalnız 16 ay sonra Afrikada təkrar bir birləriylə evlənmək üçün!
    Lord Nelson və Lady Emma Hamilton / 1700-lərin sonunda - İngiltərə
Məşhur rəssam Corc Romneyin bir çox cədvəlinə fiqur və özünə ilham olan gözəlliyi ilə məşhur idi Emma. Emma, ​​Ser William Hamilton ilə Lord Nelson da Lady Fanny Nelson ilə evili olmağına baxmayaraq, iki tərəfli tanış olduğunda Emma Lord Nelsondan o qədər təsirləndi ki "Aman Tanrım, bu mümkün mü?" Deyərək huşunu itirdi. Nə qarşılaşma amma! Bütün Londonu ovsunlayan bir eşqlə cürətkar bir şəkildə Emmanin əriylə birlikdə bir neçə il yaşadılar.
      Tristan və Isolde / 1200-dən - İrlandiya
Tristan çox sevdiyi əmisi Kral Maryın arvadı Isoldeye aşiq olar. Bir növ üçlü əlaqə başlar. Tristan  hər kəsin həqiqətən dəyər verdiyi biri idi. Lakin Tristan və Isolde bir-birlərinə hiss etdikləri ehtirası inkar edə bilməz və zina işlərlər. Kral Mark bunu öyrənincə, qardaş oğlu Tristanı zəhərli bir qılıncla öldürər. Isolde  ölənin Tristanın oluğunu öyrənib cəsədini gördüyündə qəhrindən həyata vida edər.
    Pyramus və Thisbe / e.ə.331 - Babil İmperatorluğu
Babil İmperatorluğundakı, ən yaraşıqlı kişi Pyramus və ən gözəl bakirə Thisbe idi. Qonşu və uşaqlıq yoldaşları olduqları üçün ailələri tərəfindən evlənmələri qadağan edilmişdi. Bir gecə, görüşüb birlikdə qaçmağı planlayırdılar. Amma bir gün bir dağ aslanı Thisbeyə hücum etdi. Qız qaça bildi amma aslan pəçəsini çoxdan endirmişdi.
  Şahzadə Khurram və Mumtaz Yer Begum / 1600 -Hindistan
Şahzadə Khurrum (daha sonra Sah Jahan olan) gənc, zərif Arjumand Banu Begum (daha sonra Mumtaz Yer olaraq adlandırılan) hələ 14 yaşında ikən aşiq oldu. Hazırda iki arvadı olmasına baxmayaraq, Mumtaz Yer şahzadənin həyatının eşqi idi. Birlikdə hər yerə səyahət etdilər, və Mumtaz 14-cü uşaqlarını doğurarkən öldü.
    Şahzadə Saleem və Anarkali / 1615 - Lahor
Monqol hökmdarı Akbarın oğlu olan Şahzadə Saleem, gözəl kölə qızı Anarkaliyə aşiq olar. Akbar və yoldaşı Jodha, oğullarının sıravi bir uşağa olan eşqindən utanarlar və qızı görməsini qadağan edərlər. Şahzadə bunu qəbul etmək yerinə atasına döyüş açdığını bildirər. Döyüşdən sonra, oğulunu məğlub edən Akbar, Anarkilidən imtina etməsini ya da öldürülməsini istər. Şahzadə Saleem ölümü seçər, amma buna razı gəlməyən Anarkali, prənslə keçirəcəyi tək gecəyə qarşılıq öz həyatından imtina edər. Arzu etdiyi gecədən sonra Akbar yazıq qızı diri-diri kərpic bir məzarın içinə basdırılmasını təmin edər.

13 Ekim 2011 Perşembe

ÇÜRÜMƏYƏN CƏSƏD...RAHİBƏ BERNADET...

 Yatmış Gözəl.
Tarixdə ən məşhur çürüməyən cəsəd müqəddəs rahibə Bernadet Subiruya məxsusdur. O, 130 il əvvəl vəfat edib və 3 dəfə eksqumasiya olunub. Kimdir Lurdalı Bernadet?
O, 1844-cü ildə Fransanın Lurda şəhərində anadan olub. 14 yaşından etibarən düz 18 dəfə Müqəddəs Məryəmi gördüyünü iddia edib. Hökumət və kilsə rəhbərliyinin sorğu-sualından, camaatın onun yaşadığı yerə axınından bezən 19 yaşlı Bernadet monastırda tənha guşəyə çəkilir. Qız ömrünün axırına kimi astma xəstəliyindən əziyyət çəkib. Deyilənlərə görə, yalnız arpa kökəsi və su ilə qidalanırdı. 1879-cu ildə, 35 yaşında vəfat edən Bernadeti monastırda dəfn edirlər. 30 il sonra onun məzarı hansısa naməlum səbəblərdən açılır və orada iştirak edən kilsə xadimlərinin gözləri dəhşətdən böyüyür: qızın bədəni həyatda olduğu kimi qalmışdı. Nədənsə, heç kimin ağlına gəlməyib ki, əgər meyitin üzü canlı insan kimi sağlam və təbii rəngində qalıbsa, dərisi çürüməyibsə, deməli, o, ölü yox, canlıdır. Heç kim heç nədən şübhələnmir və onu yenidən torpağa qaytarırlar. 10 il sonra məzar qazılır və eyni dəhşətli  mənzərə… Həmin vaxt katolik iyerarxlarının beyninə əla ideya gəlir: Bernadeti müqəddəs elan edib, şüşə tabutda, monastırda saxlamaq. Onun çürüməmiş bədəni indi də Never şəhərindəki kilsədə, şüşənin altında yerləşdirilib və arzu edənlər ona baxa bilər. Ancaq bir şərtlə: şüşəyə yaxınlaşıb, toxunmaq qadağandır. 
 Elə bu səbəbdən bəzi jurnalistlər iddia edir ki, şüşə tabutdakı Bernadet özü yox, onun mum fiqurudur. Amma bu, Bernadetin bədəninin çürümədiyi faktını inkar etmir. Çünki 1925 və 1933-cü illərdə eksqumasiya olunarkən Bernadetin cəsədi inanılmaz dərəcədə təzə idi və bu hadisənin onlarla canlı şahidi və fotolentləri var. Onun dodaqlarının və dırnaqlarının çəhrayılığı belə getməmişdi. Boynundakı  və əlindəki metal xaç korroziyaya uğrayıb paslanmışdı. Bu o deməkdir ki, rahibənin dəfn olunduğu torpaq elə də münbit mühit deyilmiş və cəsəd 10 il ərzində çürüməyə başlamalıydı.
Məsələnin ən maraqlı tərəfi şüşə tabutdakı Bernadetlə 1925-ci ildə ilk eksqumasiya vaxtı çəkilmiş şəkil arasında yerlə-göy qədər fərqin olmasıdır. Ola bilər ki, Bernadetin bədəni salamat qalıb, amma o, aradan keçən 90 il ərzində havada qaldığından ən azı quruyub qaxaclaşmalı və ya qaralmalıydı. Amma indi Bernadeti görənlər az qala ona aşiq olur: qızın dodaqlarının çəhrayılığı, üzünün parıltısı, sifətinin incə cizgiləri, gözlərinin forması həyatdakı Bernadetdən də qəşəngdir. Rahibənin ancaq üzü və əlləri görünür. Qadının bədəni ciddi-cəhdlə rahibə paltarına bələnib. Alimlər 2 versiya irəli sürür: birincisi, həqiqətən də Bernadetin bədəni hansısa səbəblər və ya İlahi hüzurundakı mövqeyi üzündən ölümündən sonra 20 ildə çürüməyib və kilsə bu əlverişli hadisədən istifadə edərək, Bernadetin cəsədini əlavə dəyişikliyə məruz qoyub: onun üzünə mumdan ibarət nazik maska çəkilib. Məhz bu maska  Bernadetin cizgilərini olduğu kimi əks etdirib.
Ola bilsin, Bernadetin bədəni bu 130 il ərzində çoxdan mumiyaya çevrilib. Onun həqiqi cəsədi monastırda gizlədilib, şüşə tabutdakı sadəcə, ustalıqla düzəldilmiş mum fiqurdur.
Hər iki şəkli kompüterdən keçirərkən fərqi görməmək sadəlövhlük olar.
Bir maraqlı fakt: bu günə kimi üzə çıxan mumiya və çürüməyən müqəddəsləri müxtəlif rakurslarda: yandan, tabutsuz, geyimsiz foto və videolentə çəkməyə icazə verilib, təkcə müqəddəs Bernadetdən başqa. Kilsənin bir izahı var: sağlığında Müqəddəs Məryəm kimi ilahiləşdirilmiş bir qadının soyundurulması onun ruhuna hörmətsizlikdir.