6 Ekim 2011 Perşembe

APPLE-IN ALMASINDAKİ MÖHTƏŞƏM SİRR! DİŞLƏNMİŞ ALMA NƏ ANLAMA GƏLİR?


Apple-ın Dişlənilmiş alma embleminin siyanürə (siyanit) bulanmış bir almanı dişləyərək intihar edən homoseksual bir riyaziyyatçıya aid olduğu iddiaları yenidən gündəmdə.
Alan Turing, keçən əsrin ən böyük elm adamlarından biriydi.
Riyazi "doğru" anlayışına gətirdiyi yenilik qədər, kompüter texnologiyasının atası olmasıylada elm dünyasını sarsıtmışdı.
Üzərinə günəş batmayan imperatorluğa bağlı bir ailənin uşağı olaraq Hindistanda doğulan Turing, texnoloji yeniliklərindən çox döyüşdə oynadığı rol ilə dünyanın yazısını dəyişdirdi. 
Alan Turing
Britaniya hökuməti İkinci Dünya müharibəsində Nasizim ordusunun bütün Avropanı həllac pambığı kimi atmağa başladığı sırada Turingə bir şans verdi. Onu Bletchley Parkda döyüşün yazısını dəyişdirən elm heyətinin arasına qatdı. Turing, burada insanlığın gedişatını dəyişdirəcək bir həmlə etdi.

NASIZIM-ləri Çökdürdü
Nasizim Almaniyasının ordu ilə ünsiyyətini təmin edən Enigma proqramını həll edə bilmək üçün bir maşın inkişaf etdirdi. Adı sadə idi: Turing maşını. 
Turing maşını
Andrew Hodgesin kitabında izah etdiyi kimi günümüz kompüterlərinin atası vəziyyətindəki bu maşın həll edilməsi qeyri-mümkün kimi görünən Enigmanı bir neçə saat içində həll etməyi bacarmışdı. İkinci Dünya müharibəsində daşların yerindən oynadığı nöqtə də bu oldu. Almanların daxili ünsiyyətini anlayan müttəfiqlər, mütləq bir məğlubiyyətin sahilindən döndülər. 
Ancaq insanlıq tarixini dəyişdirən bu görüş, Turingin yazısını daha fərqli şəkildə dəyişdirdi. Britaniya hökuməti, döyüş sonrası dövrdə "süni zəka" üzərində çalışan Turingin təhlükəli ola biləcəyinə qənaət gətirdi. Pis detektiv filmlərində deyildiyi kimi "Turing çox şey bilirdi".
“ƏXLAQSIZ SORUŞTURMA”
Britaniya bu dahiliyi idarə altına almaq üçün ən əxlaqsız yolu seçdi. Turingin xüsusi həyatına girdi və homoseksual əlaqələrini ortaya çıxardı. İngilis kəşfiyyatı o dövr qüvvədə olan "əxlaq" qanununa istinadən Turingi yaxalatdı. (Bu qanun 1967-ci ildə qüvvədən qalxdı.)
Bir döyüş qəhrəmanı, insanlığı, tarixin ən böyük faşist hərəkatının əlindən xilas ola bilərdi, lakin Turing bir homoseksual idi. Hakim qarşısında iki variantı var idi: Ya həbs cəzasını çəkəcək, ya da östrojen hormonu almağı qəbul edəcəkdi. Ki, insan hüquqlarına zidd olan bu tətbiq acı verən bir qısırlaşdırmaq üsulu demək idi.
Ikincisini seçdi. Riyaziyyatın böyük dühası, etdiyi hormonlarla bədən ruhunu pozmağı qəbul etdi.
Bir il sonra bir disləm dişlədiyi bir almayla həyata gözünü yumdu. Alma siyanürə (siyanitə) batırılmıştı. Dünyanı faşizmin əlindən qurtaran Turing, Amerikada McCarthy, Avropada "Sovet hədəsinin" kölgəsində başqa bir faşizmə qurban getdi.

“Dişlənilmiş ALMA
Ölümü, intihar olaraq qəbul edildi və istintaq apar topar bağlanıldı. Britaniya, az qala 60 il sonra peşmançılıq gətirdi. İki il əvvəl İngilis hökuməti məclisdə toplanan imzalar sonrasında Turingdən rəsmi olaraq üzr istədi. Kompüter texnologiyasının atası, ölərkən buraxdığı kənarından Dişlənilmiş bir almayla, bir şəhər əfsanəsinə mövzu oldu.
Steve Jobs və Steve Wozniakın 1976-ci ildə qurduğu və bu gün dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Applın emblemi Turingin Makus bəxti ilə uzlaşdırıldı.
Ucundan Dişlənilmiş bir alma şəklindəki emblem, kompüter texnologiyasının atasına bir hörmət duruşuydu. Onun ölümünə səs çıxarmayan dünyaya, böyük ustanı xatırlatmaq üçün edilən bir gözəllikdi. Göyquşağı rəngi də Turingin həyat tərzinə, cinsi seçiminə istinad edilirdi. Onsuz da "1984" mövzulu məşhur reklamında açıqca faşizmə qarşı bir duruş sərgiləyən şirkətin bu rəftarı çaşdırıcı deyildi. Bu qənaət, dildən dilə gəzərək qəbul gördü. Halbuki nə Apple, nə də emblemi çəkən bunun Turingə hörmət duruşu üçün edilən bir cəhd olduğunu qəbul etdi. Amma tarixin qəribə seyri alma emblemi əfsanəsini bu gün bizə təkrar xatırladır.
GÖYQURŞAĞI EMBLEMi ALTINDA Homoseksual bir “CEO”
Apple-uzun illər həm bir sənətçinin ürəyi həm də bir mühəndisin zəkasıyla idarə edən Steve Jobsun rəhbərlikdən ayrılmasının ardından, yerinə ən güvəndiyi adamı Tim Cook-u CEO olaraq təyin edildi.
Cook, Amerikada "dünyanın ən əhəmiyyətli homoseksualı" olaraq tanınır. Hər nə qədər qulağa ayrı-seçkilik bir ifadə kimi gəlsə də Cook üçün bu tərif ABŞ-da mənfi mənada istifadə edilmir. 60 il əvvəl homoseksuallara rəva görülən hormon müalicəsi ya da həbs cəzası düşünüldüyündə Cookun bu gün Applenin başına gəlmiş olması bir cox orqan üçün əhəmiyyətli idi.
Apple emblemnə istinadən edilən hekayə bir şəhər əfsanəsi ola bilər. Ancaq tarixin qəribə seyri, 20-ci əsrin ən böyük elm adamlarından biri olan Turingə edilənləri xatırlamaq üçün bəlkə də göyquşaqlı emblemin başına Cookun gətirilməsini şərt qoydu.


 



Hiç yorum yok:

Yorum Gönder