17 Ekim 2011 Pazartesi

4 BÖYÜK MƏLƏK VƏ DİGƏRLƏRİ...


Mələk - dini bir termindir. Mələk - bir çox dində inanılan səmavi varlıqlara verilən addır. Mələklərin vəzifələri Allaha xidmət etməkdir. Mələklərə inamın var olduğu hər dində mələklərə fərqli baxış var.İslam dininə görə mələklərin iradələri vardır. Lakin şeytan tərəfindən müsəllət olunmadıqları üçün bu iradələrini insan kimi pis istiqamətdə istifadə edə bilmə qabiliyyətləri yoxdur. Başqa sözlə günahsız varlıqlardır.İslam dinində xüsusilə dörd böyük mələk olaraq xatırlanan dörd əsas mələk vardır. Bunlar: Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldır.
Uca Allah buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”. (əl-Bəqərə surəsi, 97)
Mələk nurdan yarandığı üçün, onun müəyyən forması yoxdur. Hətta cinsiyyətidə olmaz. İnsan kimi üzvlərdən təşkil tapmayıb. Nurun müəyyən forması olmadığı üçün, təsəvvür etməkdə mümkün deyil. Nurdan yarandığları üçün, görmək də mümkün deyil. İslam peyğəmbəri ilk dəfə Cəbraili görəndə, özündən getmişdi. Biz onları görmədiyimiz üçün və o barədə elmi dairəmiz məhdud olduğu üçün, onları insan kimi təsəvvür edirik. "Fatir" surəsinin 1-ci ayəsində Allah buyurur. Allah iki-üç və dörd qanadlı mələkləri öz elçiləri qərar vermişdir. Ayəyə əsasən, onların qanadlara malik olmasını görürük. Deməli mələyin qanadı var. Hansı mələyin yüksək pilləyə malik olması, qanadlarının çoxluquna görə ölçülür. Mərhum Əllamə Təbətəbai qanaddan məqsəd, onlardakı güclərə işarə olmasına ehtimal edib.

Cəbrail - Cəbrail sözünün mənası Allahın qulu deməkdir. “Cirb” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir.  Qiyamətdə hesabları verən, vəhyə aid olan işlərə baxar.  Islam dinində dörd böyük mələkdən biridir. Adının etimologiyasından da aydın olduğu kimi İslam dinində Cəbrayılın çox qüvvətli bir mələk olduğuna inanırlar. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir, yəni Allahdan peyğəmbərlərə xəbər və məlumat daşıyar. İslam dininə görə inanılan bütün peyğəmbərlərə vəhy gətirən Cəbrayıldı.
Ən böyük mələk olan Cəbrail, yeddi cəhətə görə insan olmaq istəyib. Camaat namazına görə, alimlərin məclisində iştirak etmək üçün, iki küsülünü barışdırmaq üçün, yetimə nəvaziş etmək üçün, xəstənin görüşünə getmək üçün, cənazədə iştirak etmək üçün, həccdə hacılara  su paylamaq üçün.
Bu yeddi əməlin savabı o qədər çoxdur ki, Cəbrail kimi mələk o əməllərdəki savabı qazanmaq üçün , insan olmağı arzu edib.

Mikail-  Mikail adının mənası Allahın qulu deməkdir. “Mik” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir. İslam dinində dörd böyük mələkdən biridir.   Mikailin adı Quran və sünnədə sabit olmuşdur.  Bu mələyin gördüyü iş barədə İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Mikail yağış və bitkilər üçün təyin edilmiş mələkdir” (əl-Bidəyə və ən-Nihəyə 1/41). Kainatdakı təbiət hadisələrindən vəzifəlidir.  Uca Allahın əmri ilə külək və buludları Rəbbinin istədiyi yerə aparır və bitkilərin yetişməsində mühim rol oynayır.
 Ruzi, ucuzluq, bahalıq, iqtsadi nizama ağalıq, hər bir maddəni hərəkətə gətirən mələkdir. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, xoş əhval və dinclik gətirməklə vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etməklə vəzifəli mələkdir.
Mikayıl iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir.

İsrafil -  “İsraf” kəliməsi qul, “İl” kəliməsi isə Allah mənasını verən bir sözdür. İsrafilin adı Quranda zikr olunmasa da sünnədə zikr olunmuşdur. İslam dinində dörd böyük mələkdən biridir. Allahın əmriylə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir.  Dirildən, 3 dəfə sur ifa edər (yəni xüsusi səs çıxarar). Birinci dəfə üfürdüyündə göylərdə və yerdə olan hər şeyin yox olacağına, ikinci dəfə üfürdüyündə isə, bütün insanların təkrar diriləcəyinə və məhşər yerində toplanmaq üzrə sövq ediləcəklərinə inanılır.  Birinci surda  hamı ölər, ikinci surda hamı qəbirdən qalxar, 3-cü surda isə hamı dirilib Allah qarşısında hesabat verər. Gündüz üç dəfə və gecə üç dəfə Cəhənnəmə baxıb, ağlayar.  İsrafil sura iki dəfə üfürəcək. İsrafil sura üfürəndə surdan böyük bir səs çıxacaq və yeddi qat göylərə və yerin hər tərəfinə çatacaq. Eşidənlərin hamısı yerdə olsun, göylərdə olsun öləcək. Vəsiyyətlərini belə edə bilməyəcəklər. Bərat (əfv olunmaq) gecəsində əməllər nüsxəsi dünya səmasında vəzifəli olan İsrafilə veriləcək
İsrafil əleyhissalam, "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.

Əzrail -  can alan mələkdir. Hər gün hər bir ailəyə beş dəfə daxil olub, çıxar.  Əzrail...İslam dinində 4 böyük mələkdən biridir.Ruhları almaqla vəzifələndirilib, Quran-ı Kərimdə "Mələk-ül-mevt" yəni "Ölüm Mələyi" olaraq zikr edilmişdir.Bu böyük mələyin əmrində köməkçi mələklər də vardır...
İslam dinində canlıları öldürən, ölüləri dirildən, sağlamları xəstə edən, xəstələri sağaldan yalnız Allahdır.Əzrail ölüm əsnasında bir səbəb,vasitədir...
İslam mifologiyasında Əzrail qiyamətə qədər bütün canlıların canını almağa ya özü yada əmrindəki mələklərlə davam edər.Əzrail saleh və təmiz müsəlmanların ruhunu (canını) alarkən onlara çox gözəl şəkliylə görünüb müjdələr verdiyini və acı eşitməyəcək şəkildə ruhlarını cəsədlərindən ayırdığı bilinməkdədir.
Günahkarların canı, acı və iztirab verilərək alınar. İbrahim əleyhissəlam, Əzrail günahkarların canını almaq halındakı surətini görüncə; "Ey can alan mələk! Bir günahkar sənin bu şəklini gördükdən sonra bir şey görməsə ona kifayət edər." demişdir.İslam dinindən olmayanlar ilə mürtəd (dindən çıxmış) və pozğunların canları Əzrail ən-Naziat adındakı köməkçiləri tərəfindən alınar. Bunların canları çıxarkən budaqları ən incə sinir uclarına qədər çatan tikanlı bir çalının çəkilərək boğazından çıxarılmasından daha şiddətli ağrı çəkəcəkləri bildirilmişdir.
Əzrail; qiyamət qopduqdan sonra, bütün mələklərin də canını alacaq; ən son, Allah da onun canını alacaq və Allahdan başqa heç bir canlı qalmayacaq. Daha sonra bütün canlılar dirildiləcək və hesaba ediləcəksiniz, sonunda; iman və əməllərinə görə Cənnət və ya Cəhənnəmə göndəriləcəklər...

Münkər və Nakir - Qəbirdə insanı sorğuya çəkən dəyişik görünüşlü mələklərdir. Bu sorğu nəticəsinə görə insanın qəbir həyatını yaxşımı və ya pismi keçirəcəyi təyin olunar.
Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nakir. Bir yanaşmaya görə "münkər və nakir" bir mələk növünün adıdır ki, hər adamın qəbirinə bunlardan ikisi göndərilər. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar. Həyatı, iman dairəsində istiqamətlə keçmiş bir insan üçün, bu iki mələk qəbirdə "nurani bir yoldaş"dırlar. Onu qəbrin təkliyindən və dəhşətindən qurtarar, fərahlandırarlar.
Kiramən və Katibin - Hər insanın sağ və sol çiyinində oturub, etdiyi yaxşı və pis işləri yazarlar. Kiramən və Katibin insanın ağılından keçən pis işləri həyata keçirmədiyi müddətcə yazmazlar. Yaxşı işlərini isə niyyət anında dərhal yaxşılıq xanasına yazarlar.Qoruma mələkləri adıyla da bilinirlər.
Məlik - Cəhənnəmin gözətçisi. Məlik  Cəhənnəmi mühafizə edən mələklərin rəhbəridir. Yeddi cəhənnəmin mühafizəçisidir. Məlik pis mələk deyildir. "Onlar cəhənnəmdə ağlayacaqlar, Məlikə yalvaracaqlar."   “Onun üzərində on doqquz (gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquza) qaldırdıq ki, (bu) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın …” (əl-Muddəssir surəsi, 30-31)
Rizvan - Cənnətə görə məsuliyyət daşıyır.
Şeytan - Mələk deyil, "cin"-dir. Nurdan yox, oddan yaradılmşdır. Allaha üsyan etdiyi üçün cənnətdən qovulmuşdur.Qiyamət gününə qədər ona vaxt verilmişdir.
Allah hər gün 70000 mələk yaradır. Mələk, nurdan yaranıb. İncə və lətif bir məxluqdur ki, bir simadan başqa bir simaya (it və donuz simasından başqa) yəni cildə düşə bilər. Amma cin hər formaya düşə bilər. Cəbrail (ə) 12000 dəfə İslam Peyğəmbərinə nazil olmuşdur. Cəmi iki dəfə isə öz mələk simasında nazil olub. Birinci dəfə miladi tarixilə 610-cu ildə Cəbəlun-Nur deyilən dağın Həra mağarasına Həzrəti Muhəmmədə (s) Peyğəmbərlik missiyasını Allahdan gətirərkən, ikinci dəfə isə, Əbtəh adlı çöldə nazil olaraq, Allah əmri ilə 40 gün evə getməməsini bildirir. Başqa vaxtlarda isə, Mədinə şəhərində yaşayan və simaca yaraşıqlı olan Dəhyə ibn Kəlbin simasında gələrmiş. Peyğəmbərdən başqa heç kim onun Cəbrail olmasını bilməzmiş. Mələklər eləcə də İbrahim peyğəmbərə başqa  bir simada, hətta peyğəmbərin tanımadığı bir simada nazil olub. Ona salam verib, Allahın ona övlad verəcəyini müjdələdilər.("Zariyat" surəsinin 25, 26 və 28-ci  ayələri)
Həmçinin Cəbrail (ə) Həzrəti Məryəmə xoş qamətli bir bəşər kimi göründü. ("Məryəm", ayə 7)

5 yorum: