30 Eylül 2011 Cuma

Yağış və Mələk

Bu gün səhər çox gücü yağış yağırdı. Necə diyərlər tut ucundan çıx göyə.  Ama bərəkətdir deyirlər yağış. Elə biz uşaq olanda  böyüklərimiz həmişə bələ deyərdi. Amma yağış nə qədər cox yağsada və problemi olsada mən sevirem.  Mənə elə gəlir ki, yağış yer üzüdə olan bütün pislikləri, yaxşı olmayan hər şeyi yuyub aparır.
Bir çox hədislərdə deyilir ki,  yağış yağdığı zaman göyün qapıları açılır və mələklər yerə yenir. Bu zaman nə qədər dua edilirsə Allahu-Təalanın tərəfindən qəbul edilir. Yağışın bərəkətinə inanılar hər zaman. Quraq aylarda,  yağış yağmayan yerlərdə, yağmur  duasına çıxırlar bəzən.
Bir dəfə, Məhəmməd Peyğəmbər (s.a.v.) göy aləminə çıxarılır. Orada olan hər şeylə tanış edilir. Mələklərin necə işləməsi barədə göstərələr.  Bu zaman  Peyğəmbər (s.a.v.)-ə bir mələk göstərilər. Bu Məlyin coxlu əlləri və çoxlu barmaqları olur.  Peyğəmbər (s.a.v.) soruşur ki, bu məlyin görəvi nədir. Buyurular ki, bu mələk, göydən  yer qatına yenən bütün  qar dənələrini və yağış damcılarını sayar. Budur, bu mələyin vəzifəsi.
 Hətta deyilir ki, hər bir yağış damcısını bir mələk  gətirib yerə buraxar və təkrar göyə qalxar.

Nur surəsi, 43-cü ayədə buyurulur:
Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onun  (parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.

Hiç yorum yok:

Yorum Gönder