28 Eylül 2011 Çarşamba

Keçmiş...


Keçmiş-keçmişdir deyirlər. Amma məncə elə deyil. Çünki, keçmişdə elədiyimiz səhvlər nə vaxtsa ayağımıza dolaşır özüdə ip kimi. Sonra kəllə-mayallaq çırpır adamı yerə. Səhv eləməsən düz yolu tapa bilmərsən həyatda. Amma əsas odur ki, etdiyin səhvi başa düşəsən.
Biz uşaq olanda, Atam deyərdiki bala bunu eləməyin. Üzdə bir şey deyə bilməsəkdə, içimizdə əsəbləşirdik. Onda Atam deyərdi ki, indi yox bir müddətdən sonra nə demək isdədəyimi başa düşərsən. Indi artıq çətin deyil onu dedklərini anlamaq. Amma kecmişdəki səhvlər zaman keçdikcə yapışır yaxamıza. Kimisi hesabını verir keçmişinin kimisi isə qaçır.
Etdiyimiz səhv elə bir anda qabağımıza çıxır ki, insanın həyatı alt-üst olur. Və bir anda çöküş başlayır. Nə olursa olsun insan qabağa baxmalı və  dayanmadan qaçmalıdı. Səhvindən yox, həyatla ayaqlaşmaq üçün qaçmalıdı. Dursan yıxılarsan. Bu dünyada yıxılmayasan, elə ki yıxıldın adamın üstündən əzib keçirlər.
Zamanı gələndə hər şeyin hesabını verəcəyik onsuzda. Vaxt isə öz işindədi. Bir tək o, kimsəyə hesab vermir. Baxmır sağına-soluna. Öz qrafikinə uyğun yolunu davam edir.
Heç vaxt heç kimin heç nəyinə uymur. Vaxt gedir bizdə onun dalınca. Keçmişdə gözləyir ki, vaxdı gələndə özümü göstətim.
“Geriyə baxib yaşasaydıq gözlərimiz arxada olardı”. Bunuda hansisa kişi deyib. Hər halda bu sözü deyəndə bir şey bilirmiş...

Hiç yorum yok:

Yorum Gönder