27 Eylül 2011 Salı

umutsuz ask


Qulaq hər gün bir şey eşitməsə kar olar deyirlər. Elə məndə bəzən elə şeylər eşidirəm ki, nece diyərlər dəli oluram. Keçən gün bir tanışımla söhbət edirik. Söhbət fırlandı evlənməyə gəldi. Sevdiyin biri varmı dedim:  Yox dedi. Bəs elə-belə tanışın varmı dedim; he dedi.
Və başladı danışmaga. Bu insan tələbə ikən bir qadınla tanış olur. Söhbətləri tutur. Qadın buna aşiq olur.  Bir necə aydan sonra bunlar bir evdə yaşamağa başlayırlar. 3 ay bir evdə yaşayıblar. Yalnız problem ordadır ki, qadın evlidir və bir uşağı da var. Qadının 19 yaşı var. Yoldaşı Rusyada işləyir. Özü isə qayınanası ilə yaşayır. Hətta qadının uşagı bu insana ata diyə müraciət edirmiş zamanında. Hələdə  görüşürlər. Oğlana sual verdim ki, nə vaxta  qədər belə gədəcək, sən nə vaxtsa ailə sahibi olmalısan. Dedi ki, ayrılmaq istəyirəm amma o, ayrılmır. Dedim bilmir ki, sən nə vaxtsa evlənəcəksən. Deyir bilir. Amma aglayır ki, məndən ayrılma. Sonra davam elədi ki, onsuzda qızın iki il omrü qalıb. Şok oldum. Necə yəni dedim: dedi həkimlər iki il vaxt qoyub. Get-gedə arıqlayır. Ağ ciyərində nəsə prablem var. Mənə ərim deyir, ona görədə xətrinə dəymirəm. Hər gün zəng edib sorusuram. Sadəcə məndən onunla danışmağımı isdəyir, məndə edirəm. Nə vaxt qırılar-qırılar....
Bəzi adamlara hekayə kimi görünəcək amma həqiqətdir və bu vəziyyət hal-hazırda dava edir. Mənim fikirmcə bu qadın, xəyanətlə yox ibadətlə məşğul olmalıdır. Qalam  ömrünü Allahdan bağışlanma  istəməklə keçirməlidir.

Hiç yorum yok:

Yorum Gönder