27 Eylül 2011 Salı

PAXILLIQ


Allah insanları yaradanda hamını eyni yaradıb diyə bilirəm. Ürək, qulaq, burun, beyninin çəkisini eyni yaradıb. Amma nə olsun ki, bəzi insanlar var ki, pulu, imkanı başından aşır amma yenədə istəmir ki, kimsə ondan üstün olsun. Onda hər şeyin ən yaxşısı var. Buna baxmayaraq, birisini görsə ki, qabağa gedir yada nəse eləyir o dəqiqə paxıllğı tutar. Mən hələdə başa düşə bilmirəm ki, niyə bu insanlar Allaha şükür elemirlər. Birdə digər tərəfdən baxaq:
Bu insanların pulu var, evi var, canı sağ,  istədiyi hər şeyi alır, geyinir və yeyir. Bəs onda belə insanların dünya ilə davası nədi? Nə istəyir axı insanardan? Nəyə paxıllq eleyir, nəyin davasını aparır insan çaşqınlıqla baxr. Bir tək məntiq odur ki, şan-şöhrət. Heç kim məndən yaxşı olmasın. Istər evi, istər yaşam tərzi.
Allah ağıl-fikir versin nə deyək. Nəticədə günahıyla savabıyla hər qoyun öz ayağından asılır.

Hiç yorum yok:

Yorum Gönder