29 Eylül 2011 Perşembe

Bitmək Bilməyən İstəklər...



Insan övladı yarandığı gündən elə nəyisə gözləyir və arzuları hec vaxt bitmək tükənmək bilmir.
Başlayaq ele ailə qurmaqdan.
Valideyinlər evlənir. Amma onlar evlənə kimi, onların valideyinləri nə əziyyət çəkir, mən valideyin olmadığım üçün bilmirəm amma, öz valideyinimdən görurəm. Evlənədən sonra uşaq prablemi başlayir. Hələ  təzə evlilərdə bir sağlıq problemi varsa bir olur iki. Sonra uşaq dünyaya gəlir. Gəlir amma, özüylə bərabər  problem də gətirir. Onun həkimi, pampersi, gecə ağlamalarıvə xəstələnməsi. Hələ valideyinin işləyib övlada baxması və ailəni dolandrmasını demirəm. Və bunlar hamısı artıq arzular doğurur. Onda valideyin başlayır istəməyə: bircə böyüyüb məktəbə getsəydi canımız qurtaradı.
Uşaq artıq məktəbə gedir. Onda başlanır məkəb platarı, dəftər, kitab, gəzmək pulu, uşağı kim dərsə aparacaq?, kim dərsdən götürəcək?, kimi problemlər.  Onda ikinci arzu devrəyə girir. Bircə məktəbi qurtarsaydı.  Qurtarır. Gözümüz aydin. Bax elə bu yerdə Kərəmi ağlamaq tutur. Çünki uşaq iki ildi ki repitetor yanına gedir. Unversitetə qəbul olunmasa verdiyi pullar getdi. Başlanır yuxususuz  gecələr. Həm uşaq həm ata-ana.
Uşaq girir universitetə. Və naşı olan adam sevinir amma, nəyə sevindiyini  bilmir. Tələbə gedir dərsə. Yaxşı günlər yanvar ayına kimidi. Elə ki, qış sesiyası  başladı, evdə hər gün cümə axşamıdı. Imtahana pul lazımdı. Ata evə gəlir, yorgun, ana qorxa-qorxa her şeyi deyir, atada pul alan müəllimlərin butün nəslini yada salır və o pulu verir ki, uşaq bir təhər qurtarsın bu cəhənnəmdən. Onda valideyin başlayır yenə  istəməyə: bircə Universiteti qutarıb əsgərə  getsəydi canımız qurtaradı.
  Və 4 il qurtarır. Qiyamətin son günü. Diplom müdafiəsi. Axrıncı əziyyət. Yenə həmin arzu: bircə diplom müdafiəsi bitsəydi canımız qurtaradı.
Bittdi: gözümüz aydin.
Bundan sona insan həyatında valideyin arzuları azalmasada, artıq insanın öz isdəkləri başlanır. Gedirsən  vətən borcunu verməyə. Bu proses hem adamın özü üçün, həmdə valideyinlər üçün ağır keçir. Amma yenədə istəklər qurtarmır. Yaxşı işə düzəlmək, əlinin çörəyə çatması, uşağı evləndirmək və başqa istəklər. Bu siyahı uzanır gedir.
Bir müddətdən sonra həmin şeyləri uşaq yaşamağa başlayır. Kimisi valideyinlərin köməyi ilə kimisi köməksiz, kimisi sözə qualaq asır kimisi isə asmir. Ama həyat sablon olar gedir. Hami eyni prosesdən gec-tez keçir. Sadəcə,  bir az daha keyfiyətli həyat yaşmaqda dəyişir. Allahın bızə verdi ilə yetinmirik bəzən. Həmişə bir isdədiyimiz olandan bir necə ay yada il sonra o, bizi qane etmir. Onun bir üstünü isdəyirik.
Nankor  insan övladı. Belə gəlib, elə belədə gedəcək.....

Hiç yorum yok:

Yorum Gönder