18 Kasım 2011 Cuma

BERMUD ŞEYTAN ÜÇBUCAĞININ SİRRİ NƏDİR?


Əlinizə bir xəritə alıb baxanda üçbucaq şəklində görülən bu bölgədə, bu zamana qədər açıqlana bilməyən bir çox əsrarəngiz hadisə baş vermişdir. İtən gəmi, təyyarə və insanların sayı tam olaraq bilinmir. Bu səbəblə uzun bir dövr lənətli yer və ya şeytanın üçbucağı kimi adlarla xatırlanmışdır, hətta indiki vaxtda da bu adları zaman zaman istifadə edirlər.
Bermud üçbucağı, Atlantik okeanının 500.000 kvadrat metr  sahəsini örtən, Amerikanın Atlantik okeanına açılan cənub-şərq sahillərində, quşbaxışı baxıldığında isə Mayami, Bermud və Puerto Rico sərhədləri içərisində qalan üçbucaq şəklində bir sahədir. Okeanın bu qismində yüzlərlə gəmi və təyyarə dağıntısı tapılıb. Son 100 il içərisində batan gəmi, təyyarə və itən insan sayı 1000'lərlə  ifadə edilir.
Bu bölgədə suyun altında çox böyük maqnit mədən qaynaqlarının olduğu və bu səbəblə təyyarələrin bu sıx maqnetik çəkilişdən təsirlənərək elektronik sistemlərinin pozulduğu, buna bağlı olaraq da məhv olduqları deyilirdi. Buna o qədər inanıldı ki, kimilərinə görə başqa bir şərhi qətiliklə ola bilməzdi. Lakin digər tərəfdən bir az düşünsək, əgər belə bir şey olsaydı gəmilər niyə batır? Yoxsa bir gəmini belə çəkib uda biləcək qədər qüvvətli idimi bu maqnit? Qətiliklə xeyr. Əgər maqnit təsiri olsa və zidd qütblər prinsipiylə gəmi çəkilsə belə, su üzündə dayanan bir gəmini batıracaq qədər güc göstərə bilməsi mümkün olmazdı. Əlavə olaraq o bölgədə edilən ölçmələr həddindən artıq və ya normalın üstündə bir maqnetik sahə olmadığını dəfələrlə sübut edilmişdir.
Bölgədə əsl şübhə oyadan isə, insanların "dənizdə ağ bir su meydana gəlir" şəklində ifadə etdikləri qeyri-adi hadisələr. Bunun üzərinə kameralı robotlar vasitələriylə su dibinə səyahət edildi. Nəticəsində suyun döşəməsinin dümağ bir örtüklə bağlı olduğu aşkar edildi və batan gəmi, təyyarə dağıntılarının hamısı tapıldı. Bu an ən qüvvətli ehtimal olaraq ortaya atılan aktual nəzəriyyəyə görə, bu təbəqə dənizin dibində iştirak edən böyük təbii qaz qaynağından çıxan qazların suyun altında yüksək təzyiq və aşağı istiliyin təsiriylə qatılaşıb ağ hidrat parçacıqları halına gəlməsi şəklində açıqlanır. Bu bölgədən eyni zamanda Gulf Stream adı verilən bir isti su axıntısı keçir. Suyun döşəməsindəki hidrat parçacıqları isti su axıntısıyla qarşılaşdıqlarında əriyib suyun üzünə doğru hərəkət edir. Bunun nəticəsində minlərlə kub metr təbii qaz suya qarışır və suyun sıxlığını çox azaldırlar. O əsnada bölgədən keçən bir gəmi varsa, sıxlıq fərqinin nəticəsində suyun qaldırma qüvvəti gəmini daşıya bilmir və gəmi batır. İsti su axıntısıyla birlikdə hidritlərin əriməsi bitdiyində su üzündə yaranan bu ağ təbəqə də yox olur və gəmi sanki az əvvəl orada deyilmiş kimi gözdən tamamilə itir.
 Eyni şəkildə su səthindən havaya qalxan qazlar, atmosferdəki havadan belə daha az sıxlığa sahibdirlər və eyni səbəbdən yəni sıxlıq fərqindən ötəri təyyarələr hava tərəfindən kafi sürtünməyə dayana bilməyib tarazlığı itirir və təbii qaz molekullarının havadakı oksigen molekulları ilə təyyarənin mühərrikləri yanma üçün lazımlı oksigen olmadığı üçün  dayanarlar.
Şeytan üçbucağında itərək ən çox çaxnaşma salan hadisə "Flight 19" idi. Halbuki eyni zamanda çox sayda təyyarə itmişdi. Bunlar ikinci dünya müharibəsində Amerikan donanmasına aid borbardman təyyarələri idi. Grumman IBM Floruda Avenger tipindəki beş təyyarə, 5 dekabr 1945 tarixində saat 14.00 radələrində Floridadakı Fort Lauderdale donanmasından ayrıldıqdan sonra pilotlar uçuş şərtlərinin çox yaxşı olduğunu bildirmişlər.
Lakin sonra Bermud Şeytan Üçbucağında birdən birə yox oldular. Flight 19 təyyarəsindən son xəbər alındıqdan sonra, bir dəniz təyyarəsi onu axtarmaq üçün yola çıxmışdı və beş bombardman təyyarəsinin təxmini yerinə çatıldığında alınan bir siqnal bir müddət sonra birdən yox oldu. Eyni gün bir neçə saat içində altı təyyarənin itməsindən sonra tarixin ən böyük axtarış işləri başladı. Lakin təyyarələrə aid tək bir parça belə tapıla bilmədi.
Bermud üçbucağının sirri həll edilmiş sayıldı, lakin hər şeyi hələ tam olaraq bilinə bilməməkdədir. İrəlidəki illərdə "Bermud Şeytan Üçbucağı" kimi tanınan bölgənin, hələ də araşdırmaların işığında hər şeyin  öyrəniləcəyini düşünürəm.

Hiç yorum yok:

Yorum Gönder