17 Aralık 2011 Cumartesi

İSTƏMƏK VƏ BACARMAQ....


Dünyada analoqu olmayan layihə.
Ölkənin ən böyük Layihəsi. Heydər Əliyev Mərkəzi tikintisi.
Bir zamanlar bir şeylərin xəyalını qurardım. Mənə əl çatmaz kimi görünürdü. Hər zaman qeyri-adi olmağı sevişəm. Bir vaxtlar bir dostuma deyirdim ki, ( o da mühəndisdir) görəsən mən elə bir bina yada qurgu tikəcəm ki, illər boy barmaqla göstərilsin. Gülürdü,  mən elə diyəndə. Səni bu deyinlə kim götürər işə deyirdi. Bəlkədə vaxdı gələndə nə edecəyimi bilirdi. Çünki mənə inanırdı və nəsə edəcəyimi bilirdi.  Amma zaman gəldi.  Allah ürəyimdən keçəni verdi. Buraxın Azərbaycanı dünyada sayılıb-seçilən  bir layihədə yer tutdum. Indi dünya ondan danışır və mən ölkədə xətri sayılan bu layihədə isdədəyimi etdim.   İlklərə imza atmışam. Yəni isdədiyimi eləmişəm. Bir vaxtlar deyirdim ki, kaş məndə böyük bir inşaat şirkətində işləyərdim. Etdimdə. Hər bir imkanımın olmasını isdəyirdim. Başqa yoldaşlarıma baxıb qipdə edirdim. Axı məndə əziyyət çəkirdim. Əziyyətlə oxuyurdum.  Bir yerlərə tutunmaq üçün dayanmadan işləyirdim.  Onların vəziyyəti yaxı idi. Mən isə sürünürdüm. Amma səbr etdim  və bacardım.  Bəziləri istəməsədə bu bacarığı qəbul elədi. Hansı ki,  mənə təpədən baxırdılar. Amma bu qədər əziyyəti və bacarığı kiminsə lovğa ağzında çeynətmək fikirim yoxdu. Mən necə özümə, işimə, gördüyüm işlərə və verdiyim əməyə hörmət edirəmsə,  mənim ətafımda olan insanlarda bunu mənə qarşı etməyə məcburdular.
Biriləri bir yerlərədə  işləyir. Kənardan baxan qipdə eləyir. Bəvəxtəvərlik verir. Ama fikirləşmir ki, bu insan bu vəzifəni,  bu yeri nece tutub. Ora necə gedib. Hec bir şey asan olmur. Nəyisə isdəyəsən gərək. Bacarmaq ücün əmək verəsən.
 İnsan özünü gözə soxmayanada bir az geri çəkiləndə bir cox adamın yanaşması fərqli olur. Kimisi də balaca bir iş görəndə  elə böyüdür  ki, deyirsən damı- dam üsdə qoyub. Ama bacarmaq insanın genetikasında var. Sadəcə bunu  isdəmək lazımdı. Birdə Allaha dua eləmək və isdəmək. Amma bir şərtlə ki, nə isdədiyini biləcəksən.
Bəzən elə anlar olur ki, kimləsə danışanda səni təhqir edər kimi deyir ki, sən mühəndis deyilsən. Axı mənim  nə bildiyimi,  nə elədiyimi, nələri bacardığımı bilmir axı. Sahədə necə işlədiyimi görməyib. Uzaqdan baxıb qiymət verirlər. Hə. Onu diyən hansısa bir böyük işlərə adını yazan  biri olsa nəysə. Elə insan deyir ki,  baxirsan sadəcə inşaatdan başı çıxmadığı üçün onunla müzakirə etməyi özümə təhqir sayıram.  Amma hər sahədə olduğu kimi, inşaatda hələ də Sovet fikirli mühəndislər var.
Amma kim nə deyir desin. Önəmli olan mən işimi sevirəm. Iş təcrübəm çox olmasada (çünki inşaatda hər şeyi bilirəm demək yanlış olar)  bir çox şey gömüşəm və hər gördüyüm şeyi damcı-damcı öz kisəmə yığmışam. Bu yolla davam edərsəm də daha da  böyük xoşbəxtliklər yaşayacağımı bilirəm.
Bizim millətin xüsusiyyətidi. Kimisə baltalamaq. Ama ağlı olan adam hamıya qulaq asar,  amma öz bildiyini eləyər.
Necə deyərlər: AĞZI OLAN DANIŞIR...

Hiç yorum yok:

Yorum Gönder