7 Aralık 2011 Çarşamba

BARBADOSdakı Tabutlar-"Narahat Ruhlar"

 1807-ci ildə Barbadosda bir xristian qəbiristanlığında ağıllara durğunluq verən hadisələr serialı yaşandı. Eyni qəbiristanlığa basdırılan cəsədlərin hər biri yerindən oynayırdı. Yaxşı "Narahat ruhlar" deyilən bu əsrarəngiz hadisənin sirri nə idi?
Hadisələr 1807 -1820 tarixləri arasında meydana gəldi.
Qərbi Hind adalarındaki Barbados adalarında, Christ kilsəsinin gözəl bir məzarlığı vardı, Barbadosun zənginlərinin ailə məzarları burada idi.
1807-ci ilin İyulunda Qadın Thomasina Goddardın cəsədi sadə, taxta  bir tabutla məzar otağının ən üst qatına qoyuldu. Daha sonra, dəlilik, intihar və cinayət kimi pis şöhrətə sahib Chase ailəsi qoyuldu. Ailənin rəisi pis adam idi, qullarına qarşı elə zalimd idi ki, adamı ölümlə təhdid edirdilər.
22 Fevral 1808-də körpə Mary öldü, böyük ehtimalla atası, uşağı əsəbi  bir anında öldürmüşdü! Zavallı körpə, ağır, metal bir tabutla məzara qoyuldu.
Bir neçə ay sonra, ailənin dəliqanlısı, qeyri adiliyi ilə bilinən Dorcas, özünü həyətdəki bir şkafa kilidləyib, havasızlıqtan öldü. O da eyni məzara qoyuldu. Dəfn zamanı çöl qapıya gəldiklərində, iki zənci qapını açtı, tabutu daşıyanlar onu təqib etdilər, daş pillələrə yönəldilər, yalnız əl fənərinin ışığı vardı. Məzarın daxili qapısı açıldı və hər kəs qorxuyla bağırdı. Körpə  Chasenin  tabutu, qoyulduğu yerin tam qarşısında və baş tərəfi Yuxarıdan olaraq, dik dayanırdı!  
Kölələr xəndəkdəki, tabutu düzəltdilər və Dorcası bacısının yanına qoydular. Bir ay sonra, polkovnik Chase özünü öldürdü. O da eyni məzarlığa qoyuldu.
8 il sonra, Chaselərdən olan bir uşaq öldü və məzarlığa gətirildi. Bu müddət içində, qapının tutacaqları  paslanmıştı, qapını iki zənci ancaq açabildi, içəri girənlər qorxudan donub qaldılar! Qadın Goddardın tabutu normal yerində idi amma Chase ailəsinin tabutları ortalığa dağılmışdı! Bu çox maraqlı idi, çünki hər bir tabutu dörd kişi ancaq qaldıra bilirdi!
Bir ay sonra, məzarlığa çiçək qoyan bir qadın  çatırtı  səsləri və  inliyən birinin səsini eşitdi. Qadının atının  ağzından qorxudan köpüklər gəlməyə başladı və sonradan baytarda müalicə ettirmək  məcburiyyətində qaldı. Ertəsi Bazar, kilsənin xaricində bağlı dayanan atlar, qorxuyla dörd nala təpiklədilər və qaçmağa başladılar, oradan da dənizə, ölümə atladılar!
     Məzarlığın adı getdikcə daha pis səslənməyə başladı. Sırada Samuel Brewsterin cənazəsi vardı, kimi Kuba, kimi Haitidən gələn, 1000 nəfərlik qalabalıq  bir cənazəydi. Şiddətli bir fırtına vardı və dörd zənci kölə, qurğuşun tabutu daşıyırlardı ki, yenə, insanın qanını donduran eyni mənzərə ilə qarşılaşdılar, tabutlar yenə ortalığa dağılmışdı.
    Bu yerdə, işə adanın qubernatoru Lord Combermere qarışdı, sonrakı cənazəyə şəxsən qatıldı, bu tabutunun yeri heç pozulmayan Thomasino Goddardın qızı Thomasino Clarkeın cənazəsiydi. Vali, məzarlıqda bir yeraltı dəhlizi olub olmadığına baxtı (ki, heç yox idi), adamlara, yeni tabutu gətirmədən əvvəl, tərs çevrilmiş tabutları düzəliş eləmələrini əmr etdi, sonra döşəməni incə qumla örtdü və qapıya yeni bir kilid taxdırdı. Son olaraq qapı, alçıyla möhürlənildi, qubernator və adamları alçı nəm ikən, üzüklərini iz bıraxacak şəkildə bastırdılar.
18 Aprel 1820-də günəşli bir gündə, vali son dəfə məzarı açtı. Qapıdaki  möhür pozulmamıştı. Ustalar alçıyı qırdılar, amma qapını ancaq bir-iki santimetr açabildilər çünki qapıya bir şey dayanırdı, zorladıqca qapı açıldı, ağır bir cisim pillələrə çarparaq düştü, təbii ki bu bir tabuttu. Məzara girdiklərində, Dorcas Chasa aid bir qol sümüyü gördülər, tabutun kənarından çölə sallanmışdı. Qadın Goddardın tabutu xaric, bütün tabutlar yenə təsadüfi yerdə idi,. Cənazəni başqa bir yerə gömdürdü.
London Elm Muzeyi və Fizika Araşdırmalar Dərnəyindən araşdırmacılar olayı araşdırdılar amma heç bir cavab tapılmadı.
Tabutlar, yer hərəkətlərindən dolayı çevrilmiş ola bilməzdi çünki məzar bir mərcan yatağına dayanırdı, giriş qapısından başqa heç bir yeraltı dəhlizi yox idi, qapıdakı möhür pozulmadığına görə, birinin gizlicə içəri girməsi imkansızdı, məzara qoyulan mücəvhərlərə toxunulmamışdı, ona görədə məzar oğrularının işi də deyildi.
Elliot məzarlığı bir daha əsla istifadə olunmadı.

Hiç yorum yok:

Yorum Gönder