11 Kasım 2011 Cuma

Gülnar Musayeva-ya sözüm var:)

Söz yaranib deməyə. İndi hamı ele bir şeylər deyir, danışır. Necə deyərlər söz olsun torba dolsun. Bilirəm bu yazını yazanda Gülnar xanıma o, istədiyi partlayışı verəcəm amma olsun. Niyə cavab verirəm ilk öncə  onu yazım . Həyatda ən sevmədiyim şey özünü öyməkdir. Gülnar xanim yazir ki;
"Çoxdandı yazı yazmıram deyə  mənə belə gəlirki, bloggerlər sakit durublar. Belə olmaz deyəsən hərkəs mənim üçün darıxıb". Heç kim sakt durmayıb. Sadəcə siz öz yazılarınızdan başqa heç kimin yazılarına baxmırsınız. Hec kim sizin üçün darıxmayıb ay Gülnar. Məncə heç yada belə düşməmisən. Hamıda yazılarını necə lazımdı yazır. Axı nəyə görə sən kiməsə ilham qaynağı olasan. Xoruz olmayanda səhər açılmır bəyəm. Sora yazır ki; "Mən qayıtdım deyək və nəticə gözlüyək". Nəticə, sən olmayanda necə idisə bundan sorada ele gedəcək. Yəni demək istədiyim insanlar niyə özlərini bu qədər önəmsəyirlər. Əvəzsiz insan yoxdu. Əgər yazı yazmaq üçün hər hansı bir təkana ehtiyac olsa, sizin yerinizə birini tapıb qoyarlar. O mövzuda heç narahat olmayın. Burda blog yazan yazarlar hamısı kifayət qədər yaxşı yazır. Heç kimində təkanına heç kimin ehtiyac yoxdur. Hə sırf Blog yazmaq adına blog yazım yada reklam eləyim deyirsənsə o başqa məsələ. Azad Demoratik ölkəyik. Kim nə istəyir yazsın. Amma başqalarına Haqsızlıq eləmədən. Buraların "POLAJENİYASINA" mən baxıram kimi yazıları yazmaq, ya da dilə gətirib danışmaq nə dərəcə düzgündü diyə bilmərəm. Amma hər halda etiraz edəcək qədər savadım var. Mənim əməyimidə unatmayın Gülnar xanım. Al sənə Partlayış. Az da olsa kömək elədim sənə. Hərçənd ki, o yazının haqqı olmasada.

Hiç yorum yok:

Yorum Gönder